kisi-qadin

Kişilərin deyə bilmədiyi sətiraltı mənalar

Baxış sayı: 1. 318

Kişilər qadınları anlmaqda çətinlik çəkdiyi kimi qadınlar da bəzən kişilərin nə demək istədiyini başa düşmür. Yəni, kişilər dilə gətirə bilmədiklərini başqa formada ifadə etməyə çalışırlar. “Gencaile.az” “Lady.mail.ru” saytına istinadən kişiləri ələ verən cümlələrin mənasını təqdim edir:

 

1. Mən balığa gedirəm. Bu cümlənin mənası əslində belədir: səhərdən axşama qədər oturub, içki içib və dənizdə üzən balıqları izləyəcəyəm.

2. Bu kişiləri maraqlandıran bir şeydir. Bu cümlənin məntiqli bir mənası yoxdur.

3. Yemeyə yardım edim? Yəni, yemək niyə hələ də hazır deyil.

4. Bəli, sevgilim sən haqlısan. Bu cümləni onlar sadacə mübahisəni bitirmək üçün deyirlər.

5. Bunu izah eləmək uzun vaxta aparacaq. Yəni, mövzu haqqında o qədər də məlumatı yoxdur.

6. Əlbəttə, səni dinləyirəm, əzizim. Qarşıdakı qızın sevgilisi olub-olmadığı haqqında düşünürlər.

7. Sevgilim artıq bəsdir, səhərdən evi təmizləyirsən və çox yorulmusan. Bu “tozsoranın səsindən başım birtəhər oldu” deməkdir.

8. Hmm həqiqətən də çox maraqlıdır. Mənası isə sən hələ də danışırsan?

9. Yaddaşım çox yaxşı deyil. Mənası maşının bütün texniki xüsusiyyətlərini xatırlayıram, ilk öpdüyüm qızın evinin yolunu əzbər bilirəm, amma sənin doğum gününü unutmuşam.

10. Səni düşündüyüm üçün gül aldım. Gül satan qaraçı çox gözəl idi.

11. Narahat olma, sevgilim çox az kəsilib. Əslində, damarımı kəsdim və utanmasam, nə qədər incitdiyini etiraf edərdim.

12. Hardadı mən tapa bilmirəm. Tapa bilməyə çalışdım, amma tuta bilmədim. Özün tap.

13. Əlbəttə ki, səni eşitdim, əzizim. Nə danışdığın haqqında heç bir məlumatım yoxdur və ümid edirəm ki, səni dinləyir və anlayırmış kimi etdiyimi başa düşməzsən.

14. Bilirsən, əzizim mən başqasını sevə bilmərəm. Sənin xarakterinə güclə alışmışam, başqasına dözməyə halım yoxdur.

15. Möhtəşəm görünürsən. Allahım nə olar, bu geyindiyi sonuncu olsun, çıxarıb başqasını geyinməsin.

16. Sakit ol, əzizim. Həmişəki kimi heç nədən mübahisə edir.

17. Yenə nə eləmişəm? Mənası isə bunu necə bildin?




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir