Eller

Kişilərin gizli aləmləri ilə bağlı inanılmaz reallıq

Baxış sayı: 185

Alimlər qadın mühitinin kişilərə və onların hərəkətlərinə necə təsir etdiyi ilə maraqlanıblar. Amerikanın “The Atlantoc” jurnalının mütəxəssisləri bu mövzuya həsr olunmuş bir neçə elmi işi analiz ediblər.

Bu elmi işlərdən biri qızı olan “yumşaq rəislər” barədədir. Qızları olan rəislər oğlu olan rəislərlə müqayisədə onlara tabe olanlara böyük məbləğdə pul ödəməyə hazırdırlar.

Eyni zamanda məlum olub ki, bacılar kişilərdə sərt xarakteri formalaşdırırlar. Bununla yanaşı, belə kişilər, qaydalara görə, məişət problemlərinin həllini qadınlarla bölüşmürlər.

Maraqlıdır ki, xanımları evdar qadın olan kişilər zərif cinsin nümayəndələrinin əməyinə hörmət etmirlər və qadın kolleqalarını, ümumiyyətlə başa düşmək istəmirlər. Eyni zamanda belə kişilər üçün qadın rəhbərin əli altında işləmək yolverilməzdir.

Analiz edilən digər elmi işlərdən biri isə, qadın tərbiyəçilərin mühitində böyüyən kişilərdir. Sən demə, qadın tərbiyəçi və qadın müəllimlərə yaranan simpatiya, sonradan o kişilərin hərəkətlərində qadın əlamətlərini ehtiva edir. Onlar çox incə əl və bədən hərəkətləri, həmçinin nəzakətli davranışları ilə diqqət çəkirlər.

“Qaba, kobud davranışları olan insan, incə və nəzakətli insan. Siz hansını seçirsiniz?” sualına cavab axtaran mütəxəssislər, ikinciyə üstünlük veriblər. Onların fikrincə, oğlan uşaqlarının böyük əksəriyyəti sərt və kobud adamların hərəkətlərini yamsılamağı və təkrarlamağı xoşlasalar da, əslində ürəklərində nəvazişi və nəzakəti seçirlər. Ona görə də, belə uşaqlarda daim onlarla incə davranan qadın tərbiyəçilərin təsiri olur.

Analitiklər onu da müəyyən ediblər ki, məktəblərdə, kitabxanalarda, bərbərxanalarda, otellərdə, restoranlarda və s. çox sayda qadınların ətrafında çalışan kişilərdə, əksər hallarda qadın jestləri duyulur. Buna səbəb isə, həmin kişilərin özünü qadın kolleqaların yanında maksimum nəzakətli və incə göstərmək niyyətidir. Amma təəssüf ki, bu xoş niyyət, sonda kişilərin xarakterinə keçir və onları digər həmcinslərindən fərqləndirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir