kitab

Kişilərin oxumadığı 5 mükəmməl kitab

Baxış sayı: 1. 630

Oxuma agentliyinin apardığı sorğuya əsasən, kişilərin təxminən 30%-i kitab oxumur. Kişiləri kitab oxumamasının səbəbi sadəcə, “oxumaq istəməmələridir”. Kişilərin oxuması üçün aşağıda göstərilmiş kitablar daha məqsədəuyğun hesab oluna bilər.

 

“Pis olanlar sizin üçün yaxşıdır” (“Everything bad is good for you”). Steven Conson

Əgər siz video oyunlar oynamaq, kino və televizoru mütaliədən üstün tutduğunuza peşmansınızsa, onda bu kitab elə sizin üçündür.

 

“Stalinqrad” (“Stalingrad”). Entoni Bivor

Kitab Stalinqrad döyüşünün nə qədər amansız olduğunu təsvir edir. Əgər müharibə xoşlayırsınızsa, keçmiş əsgər tərəfindən yazılmış kitab müharibəni qüsursuz təsvir edir. Kitab 500 səhifədən ibarət olmasına baxmayaraq, oxuduqca bitməməsini istəyəcəksiz.

 

“Qoca və dəniz” (“The old man and the Sea”). Ernest Heminquey

Oxunması üçün bu qədər asan və oxunaqlı kitab tapmaq çətindir. 99 səhifədən ibarət olduğu üçün onu novella da adlandıra bilərik. Kitab qoca bir kişinin Atlantik okeanında başına gələn əhvalatı təsvir edir. Kitabı cəmi-cümlətani, 40 dəqiqəyə bitirmək mümkündür.

 

“Yol” (“The Road”). Kormak Makkarti

Bir neçə səbəbə görə bu kitabı oxumaq tövsiyə olunur. A) Bu qısa novella qlobal fəlakətdən sağ çıxmağa çalışan ata və oğul haqdadır. B) Kitab bir gün baş verə biləcək fəlakətdən xilas olmaq üçün bələdçi ola bilər. Əgər kitab oxuyub ağlayan insanların nə hiss keçirdiklərini bilmək istəyirsinizsə, o zaman “Yol” kitabı köməyinizə çata bilər.

 

“Finneqns üçün ehsan” (“Finnegans Wake”). Ceyms Coys

Əsasən süjetsiz olan İrland ailəsi haqdadır, lakin bunu heç kim bilmir. Hətta, kitabda olan xarakterlərin kim olduğunu müəyyən etmək olmur. Oxucu yalnız kitabın sonuncu səhifəsində təsvirləri canlandıra bilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir