qadin

Kişilərin sevimli qadınları – OBRAZLAR

Baxış sayı: 1. 492

Kişilər qadınların nə istədiyini hələ müəyyən edə bilmədiyi halda, qadınlar kişilərin nə istədiyini tapıb. Kişilərin istədiyi, əsl üzünü göstərmədən nəzarət altına alınmış kimi davranan qadınlardır.

“Gencaile.az” kişilərin sevimli qadın tiplərini təqdim edir.

 

Şirin xanım – Bu qadın tipi hər zaman xoşbəxtdir. Hər şeyə yaxşı niyyətlə baxar, əri evə gec gəldiyində üzünü turşutmaz, futbol izləmək istəyəndə qəsdən televizorun önündən keçməz. Tək istəyi ərini və uşaqlarını xoşbəxt etməkdir. Şirin xanımlar çox kişilərin yuxusunu bəzəyən qadın tipidir.

Seksual xanım – Belə bir qadınla birlikdə olan kişilər özlərini dünyanın ən şanslısı hesab edir. Yataqda seksual olan və heç vaxt “başı ağrımayan” bu qadın tipini özünüzə nümunə götürərək ərinizi həm yataqda, həm də şəxsi həyatda xoşbəxt edə bilərsiniz. Bu tip qadınlar fantaziyalardan heç qorxmaz və bu fantaziyalarını yataqdan başqa heç kimə göstərməz.

Dost olan xanım – Kişilər bəzən hər şeyi danışa biləcəkləri bir qadın istəyərlər. Həm həyat yoldaşı, həm dost olan bir qadınla hər şeyi danışa bilirlər. Birlikdə futbol izləyər, dost ziyarətinə gedər. Əlbəttə bu dostluğu yataqda davam etdirmək istəməz və ehtiraslı bir qadından vaz keçməzlər.

Sərbəst qadın – Bu tip qadınlar kişilərin canını sıxan suallar verməkdən qaçar. “Harda idin?”, “Kimlə idin?” sualları onların lüğətində yoxdur. Özünə və ərinə güvəni tamdır. Gərəksiz qısqanclıqlar yaşamaz və qarşısındakından da bu davranışı  gözləyər.

 

Kişilərin sevmədiyi qadınlar:

 

Feminist – Çox feminist olan və hər deyilənin altında fərqli anlam axtaran bu tip qadınlar kişilərin heç xoşuna gəlməz.

Asılı qadınlar – Kişilər onlardan asılı olan qadınları sevməzlər. Çünki bu tip qadınların hər zaman onlara ehtiyacı olduğunu düşünərək onları aciz hesab edə bilərlər.

Romantik – Romantizmi çox sevən qadınların xəyal dünyasında yaşadığını düşünən kişilər oxuduğu kitab, izlədiyi kinodan təsirlənən qadınları istəməzlər. Çünki bu qadınlar həmişə diqqət istəyir.

Əsəbi – Kişilərə qarşı həmişə qəzəbli olan və dalaşmağa hazır qadınlarla yaşamaq kişilər üçün çətindir.

Nazlı – Həmişə hər şey görə ağlayan və istədiyi şey olana qədər inad edən qadınlar kişilərin qaçaraq uzaqlaşmasına səbəb olan qadınlardır. Nazlı bir xanımla evlənən kişinin xoşbəxtliyi başqa yerdə axtarmasına təəccüb etməyin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir