teras

Kişilərin sızanaq problemi

Baxış sayı: 1. 419

Əksər insanlar sızanaqlardan bir xeyli narahatdırlar. Əslində bu çətinlik yalnız qadınlara aid deyil. Həmçinin kişilər də sızanaqlarla, civzələrlə mübarizə etmişdir ya da edir. Bu yazı elə həmin şəxslər üçündür.

Sızanaqdan “necə xilas olum?”, “sızanaq maskaları nələrdir?” kimi suallara cavab axtarırsınızsa doğru yazını oxuyursunuz.

 

Əvvəl səhv bildiklərimizlə başlayaq!

 

 

“Üzümü yaxşı yusam, sızanaq keçər?”: Xeyr!

  • Təmizlik əskikliyi ilə sızanaqların birbaşa əlaqəsi yoxdur. Əgər elə olsaydı üzünü hər gün yuyan birində sızanaq olmazdı. Ancaq yenə də üzü təmiz tutmaq mikroblardan uzaq olduğu üçün sızanaq müalicəsinə xeyrisi vardır.

 

“Stres sızanaq yaradır”: Xeyr!

  • Stresin təsir etmədiyi nadir şeylərin arasında sızanaq təsiri də vardır. Bəli stres bir çox şeyi edir, amma sızanaq əsla.

 

“Günəş işığı sızanaqlara yaxşı gəlir”: Xeyr!

  • Günəş işığı sızanaqları qurutmaz. Yalnız bədəniniz tündləşdiyi üçün daha az diqqət çəkir. Bəlkə bir neçə sızanağı qurudar amma ardından mütləq yeniləri gələcəkdir. Sızanağın müalicəsi günəş deyil.

 

“Sızanaqlarımı əlimlə sıxıram, beləcə sızanaqlar keçir”: heç vaxt!

  • Sızanaqlarınızı əlinizlə sıxmaqla üzünüzdə mikrobların yayılmasına səbəb olarsınız və hətta infeksiya keçsə ömür boyu getməyəçək yaralar meydana gələ bilər. Qara nöqtə deyə tanıdıqlarımızı da (komedonlar) sıxmamaq lazımdır.

 

“Sızanaqlar yaş irəlilədikcə keçər”: Tam olaraq deyil

  • Sızanaqlar irəli yaş qrupunda daha az görülür. Ancaq sızanaqların müalicəsi böyümək deyil. Bəzi kəslərdə sızanaqların səbəb olduğu qalıcı yaralar vardır. Müalicə edilə biləcək bir xəstəliyi müalicəsiz buraxmamaq və qalıcı yara riskindən mümkün olduğu qədər tez xilas olmaq lazımdır.

 

Təbii maskaların istifadəsi, hazırlanışı

  • Təbii maskaların faydaları bir xeyli çoxdur; dərini nəmləndirər, təzələyərər və qırışıqları aradan qaldırar. Dəri tipinizə uyğun olmayan maddələri ehtiva edən bir maska, dərinizə zərər verə bilər. Əgər dəriniz yağlı və siz də quru dərilər üçün maskalar istifadə edirsinizsə yaxında ciddi problemləriniz başlayacaq deməkdir. Bu səbəblə əvvəl dermatoloqa gedib dərinizi tanıyın.

 

Maskanı sürtmədən əvvəl nə etməliyəm?

  • Maskanı sürtmədən əvvəl dərinizin təmiz olduğundan əmin olun, üzünüzü təmizləyin. Çünki çirkli dəriyə maskanı yedirə bilməzsiniz.

 

Bunun üçün pambığa təmizləmə südünü töküb əvvəl bütün dərinizi təmizləyin, sonra ilıq suyla yuyub təmiz bir dəsmalla tampon edərək qurulayın.

 

Üz maskalarını necə sürtməliyik?

  • Maskanı göz və dodaq ətrafı xaric bütün üz və boyunuza qalın bir təbəqə halında sürün. Maska reseplərindəki gözləmə müddətlərini eynilə tətbiq edin. Unutmayın maskaları çox gözləsəniz dərinizə zərər verə bilər, az gözləsəniz xeyiri olmaya bilər. Maskanı təmizləmək üçünsə ilıq suya batırılmış pambıqla dərinizi silib yuyun və təmiz dəsmal ilə üzünüzü sıyırmadan qurulayın.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir