AILE

Kişilər hansı qadınlarla evlənmək istəmirlər?

Baxış sayı: 1. 705

Kişilər evlilik mövzusunda qadınlara görə daha az seçici olub sevdiyi qadınla böyük problemlər yaşamır, evlənmələrinə çox böyük maneələr çıxmırsa evlənmək üçün çox düşünmürlər. Kişilər özünü yaxşı hiss etdirən, ona dəyər verən, sahiblənən, qısqansa belə həyatına müdaxilə etməyən bir qadınla evlənmək istəyir.

Bəs kişilər hansı qadınlarla evlənmək istəmirlər?

Yemək bişirə bilməyən qadın
Kişilər üçün dadlı yemək hazırlaya bilən və belə bacarığı olan qadınlar həmişə bir addım öndədirlər.

Yersiz qısqanclıq edən qadın
Mütəmadi olaraq sevgilinizi lazımsız qısqanclıqlarla boğur və ona rahat nəfəs almasına imkan vermirsinizsə, o da təbii olaraq sizinlə bir ömür keçirməkdən qorxacaq.

Sevgilisinin xarakterini dəyişdirmək istəyən qadın
Bir kişini əldə etdikdən sonra dəyişdirə biləcəyinizi düşünmək və onu dəyişdirməyə çalışmaq, münasibətdə edə biləcəyiniz ən böyük səhvidir. Kimsə tam mənasıyla dəyişməz, birini sevəcəksinizsə olduğu kimi sevməlisiniz və onu dəyişdirməyə çalışmamalısınız.

Uşaq sevməyən qadın
Hər nə qədər bəzi kişilər ata olmağa maraqlı deyil kimi görünsə də çox kişi evdə kiçik bir varlığın ora-bura qaçmasını istəyər. Əlbəttə ki, bu mərhələdə uşaq sevməyən qadınlar onlar üçün 1-0 geridədir.

Çox pul xərcləyən qadın
Tutumlu, hesabını bilən, bir evi idarə edə bilən qadınlar evləniləcək qadın kateqoriyasına daha rahat girir. Amma lazımlı-lazımsız demədən hər şeyə pul xərcləyən, tutumsuz olan qadınlar kişilərin seçimi deyil.

Çox emosional qadın
Hər sözə alınan, kirpikləri həmişə nəm olan bir insan hər kəsi narahat edəcək. Belə olduqda isə kişilərin evləniləcək qadın kateqoriyasında həddindən artıq duyğusal qadınları görə bilmirik.

Səliqəsiz qadın
Kişilərin xəyalı təmiz evin içində, təmiz bir qadındır.

Müdirlik edən qadın
İlk başda edəcəyiniz müdirlik, yoldaşınızın xoşuna gələcək, lakin daha sonra bu davranışınızı xoş yanı qalmayacaq və özünü sevgilisiylə deyil, bir müəllimlə vaxt keçirir kimi hiss edəcək. Bu, onu bədbəxt edər və sizdən uzaqlaşdırar.

Karyera düşkünü qadın
Karyera sahibi, müvəffəqiyyətli, özünə inamı yüksək olan qadınların cazibədarlığı inkar edilə bilməz. Amma bütün planlarını karyerasını inkişaf etdirməyə görə müəyyənləşdirən qadınlar kişiləri qorxudur.

Atası ilə problemləri olan qadın
Bu tip problemləri olan qadınlar, ümumiyyətlə özlərindən böyük kişilərlə birlikdə olmağı seçərlər. Çünki daxilən, atalarının əskikliyini doldurmağa çalışırlar. Bəlkə əvvəllərdə yetişkin kişilər, gənc qadınlardan xoşlana bilər, amma bir müddət sonra qarşısındakı qadının problemləri olduğunu fərq edən bir kişi onunla bir ömür keçirmək istəməyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir