SEVGİ

Kişilər, ilk görüşdə bu mövzularda danışın – MƏSLƏHƏTLƏR

Baxış sayı: 30

Dostlarınız vasitəsilə, ictimai yerdə və ya internetdə bir qızla tanış olmusunuz. Həyəcanlanırsınız və xəyallar qurmağa başlayırsınız. Onun haqqında dərhal hər şeyi bilmək istəyirsiniz. Bəlkə görüş də təyin etmisiniz. Amma görüşməzdən əvvəl ilk söhbət üçün hansı mövzuda danışacağınızı bilmirsiniz. Yersiz söhbətlər etməkdən, görüşü korlamaqdan, danışacaqlarınızın darıxdırıcı olmasından qorxursunuz. Haqlısınız, qorxduğunuz başınıza gələ bilər.

İnsanın özünəinamı nə qədər güclü olsa da, əvvəl heç vaxt olmadığı mühitdə bir az da olsa, gərginlik hiss edir. Bu gərginlik onu normalda olduğundan daha zəif göstərə bilər. Yəni insan gərgin olduqda həqiqi şəxsiyyətini nümayiş etdirə bilmir. Siz də yeni tanış olduğunuz qızla danışarkən düşündüyünüz qədər darıxdırıcı və susqun deyilsiniz. Sizi darıxdırıcı, susqun göstərən gərginlik və həyəcandır. Bu gərginliyin səbəbi isə təcrübəsizlikdir. İnsanlar naməlumluğu sevmirlər. Söhbətin necə gedəcəyi  və nəticəsinin naməlum olması sizi həyəcanlandırar, beyniniz mənasız suallarla dolar. Elə isə danışılacaq mövzuları əvvəldən seçin. “Gencaile.az” Aile.lent.az-a istinadən kişilərə xanımlarla danışa biləcəkləri mövzuları təqdim edir.

Testlər

Qızların yaşı necə olursa-olsun, xəbəri olmadığı istənilən mövzuda danışmağa həvəslidirlər. “Pişiyi maraq öldürür”, – deyirlər, amma əslində bir qadını maraq öldürə bilər. Şəxsiyyət, psixologiya testləri, xarakterlərin analizləri, əl, qəhvə falı kimi mövzularda danışa bilirsinizsə, maraqlı bir kişi obrazı yaradacağınıza əmin olun.

Bürclər

Ən ağıllısından ən şıltağınadək bütün qadınlar bürclər haqqında danışmağı sevir. Bürclərə inanmadığını söyləyən bir qız belə, öz bürcünün xüsusiyyətlərini əksiksiz sadalaya bilər. Öz bürcünüzün xüsusiyyətlərini öyrənin və digər bürclər haqqında kifayət qədər məlumat toplayın.

3. Qadın-kişi münasibətləri

Qadınlar müşahidəçidir, sevgi mütəxəssisidir. Uşaqlıqda analarından, ətrafdakılardan eşitdikləri dedi-qodular sayəsində qadın-kişi münasibətləri haqqında bir çox fikrə sahib olaraq böyüyürlər. Bu qədər məlumata sahib olduqları mövzuda söhbətə başlasanız, bitmək bilməyəcək.

4. Ev heyvanları

Analıq instinkti qızları bütün balalara sevgi ilə yanaşmağa vadar edir. Az qala gördükləri hər balaca şeyi qucaqlayıb sevmək istəyirlər. Enerjisi olmayan, yorulan, əsəbi olan bir qıza bala  pişik, it balası verin və onun əhvalının necə dəyişdiyini görəcəksiniz. Elə isə görüşdə ev heyvanlarından danışa bilərsiniz.

5. Körpələr və uşaqlar

Yolda gedərkən anasının qucağında olan körpəni əzizləyən və ya kafedə yanında olan uşağı sevən bir qızı düşünün. Əgər qızın fikrinin yan masada olan uşaqda deyil, sizdə olmasını istəyirsinizsə, körpələrdən, qardaşınızın, bacınızın uşaqlarından bəhs edin. Ona aldığınız hədiyyələrdən, etdiyi məzəli hərəkətlərdən danışın.

6. Uşaqlıq xatirələri

Hamımız uşaqlıq yaşadığımıza görə saysız-hesabsız gözəl xatirələrimiz var. Bu an ağlınıza gəlməyə bilər, lakin xatırlamağa başlasanız, bəlkə də bir kitab yaza bilərsiniz. İlk bağça, məktəb günləriniz, müəllimlərlə olan xatirələriniz, küçə oyunlarınız, ilk dostlarınız, uşaqlıq sevginiz sizin söhbətləriniz üçün maraqlı mövzulardır.

7. Səyahət xatirələri

Qızların çoxu gəzməyi sevdiklərindən səyahət hekayələri onlar üçün olduqca maraqlıdır. Gəzdiyiniz ölkələrdən, getdiyiniz konsertlərdən söhbət açın. Əgər heç vaxt səyahət etməmisinizsə, qısa zamanda bunu reallaşdırın.

8. Tədbirlər

Yaxın vaxtlarda olan konsert, tamaşa və cür fəaliyyətlərdən xəbərdar olmanız sizi həm ətrafınızda baş verənlərdən məlumatlı, həm də bu kateqoriyaya məxsus insan olduğunuzdan xəbər verir. Bu cür insanların isə danışılacaq mövzusu çoxdur.

9. Serial və filmlər

Ortaq izlənilən seriallar və filmlər daim gözəl söhbət mövzusudur. Ən çox sevdiyiniz obrazlardan tutmuş bəyənmədiyiniz aktyorlara qədər mövzu olacaq söhbətlər şirin müzakirələrə səbəb olacaq. Bir-birinizə film tövsiyə edin.

10. Ortaq kitablar

Hər kəs kitab oxumur. Xüsusilə kişilər. Bir qız üçün sevdiyi kitabın qarşısındakı kişi tərəfindən də oxunması çox rast gəlinən bir hal deyil. Belə bir vəziyyət həm maraqlı, həm də gözəl söhbətə yelkən aça bilər. Eynilə filmlər kimi kitablar haqqında da obrazlar və mövzu üzərindən müzakirələr aparmaq mehriban ünsiyyət yaradacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir