sosial sebeke

Kişilər sosial şəbəkələrdə nə axtarır? – ARAŞDIRMA

Baxış sayı: 1. 433

Kişilər sosial şəbəkələrdə sevgililərinin şifrəsini öyrənmək istəyir, qadınlara isə daha çox onların dostluğunda olan qızların sayı maraqlandırır. Çünki bu qadınları narahat edir və həmin qızlardan biri ilə münasibətlərinin yaxşı və uğurlu olmasından qorxurlar. Gözəl qızların sayı çoxdursa, daha çox narahat olmağa başlayırlar.

“Gencaile.az” saytının xarici mediaya istinadən məlumatına əsasən, “Sosial şəbəkələrin münasibətlərinizə təsiri varmı?” mövzusunda bu günlərdə  keçirilən sorğuda təxminən 2 min insan iştirak edib. Bu sorğu kişilərin hər şeyə qarşı maraqlı olduğunu, qadınların isə qısqanc olduğunu müəyyən edib.

Anketə görə kişilərin 17 faizi sevgilərinin şifrələrini bilmək istəyir, qadınların 28 faizi isə sevgililərinin həmcinsləri ilə dostluq qurmasını müsbət qarşılamır. Qadınlar bundan çox narahat olduqlarını dilə gətirib.

Sosial şəbəkələrdə istifadəçi sayı durmadan artır və yeni çıxan telefonların funkisiyaları da bu prosesi daha da təkminləşdirir.

Sorğuda iştirak edənlər bildirib ki, sosial şəbəkələrin münasibətlərə heç bir mənfi təsiri yoxdur.

Qadınların 35 faizi və kişilərin 50 faizi bildirib ki, sevdiyi insana güvənir və onun sosial şəbəkədə izləmək kimi fikri yoxdur.

Anketə qatılanlar ən vacib faktorun güvən və inam olduğunu desə də, kişilərin 17 faizi sevdiyi insanın şifrəsindən xəbədar olmaq istəyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir