kisi

Kişilər üçün bədən dilini yaxşılaşdırmağın 18 yolu

Baxış sayı: 1. 674
  1. Heç bir zaman əllərinizi və ayaqlarınızı bir-birinin üzərinə qoymayın. Əslində bu sizinlə ünsiyyətdə olan insanlara qarşıhörmətsizlik sayılır. Sizinlə ünsiyyətdə olana özünüzü qapalı insan kimi göstərmiş olursunuz. Lakin hər zaman sərbəst oturun ki, bütün yeniliklərə açıq görsənəsiniz.
  2. Göz kontaktı qurmağa çalışın. Əgər siz bir neçə nəfərlə iclasdasınızsa və ya hər hansısa bir məkanda görüşmüsünüzsə, tez-tez onlara baxın. Bu onlara diqqə tayırmış kimi görsənəcək və eyn izamanda sizi dinləyib dinləmədiklərindən xəbərdar olacaqsınız. Sizin göz kontaktınız zəif olarsa, bu o deməkdir ki, siz zəif adamsınız.
  3. Özünüzə inam yaradın. Bunun sayəsində əhatənizdə olan insanlar qarşısında sıxılmayacaqsınız.
  4. Çiyinlərinizi raha ttutun. Əgər siz gərginsinizsə, bu o deməkdir ki, sizin çiyinlərinizdə gərgindir. Gərgin olan zaman çiyinlər önə gəlir vəbu hiss oluna bilər. Bunun üçün özünüzü idarə etməyi bacarın.
  5. Həmsöhbətinizi dinləyən zaman başınızı arxaya, qabağa əyin. Bunun sayəsində siz onu dinlədiyinizi bildirmiş olacaqsınız. Amma bunu tez-tez etməyin.
  6. Masa arxasında oturan zaman dik oturun. Uzanıqlı hal almayın.
  7. Qarşındakı ilə söhbət zamanı bir az ona tərəf əyilin. Bu həmin şəxsə qarşı hörmət sayılacaq.
  8. Hər şeyi gülərüzlə qarşılayın. Hər şeyə bir az rahat yanaşın və gərgin olmayın. Nə qədər sizi qıcıqlandıran bir şey olmasından asılı olmayaraq, onu gülərüzlüklə qarşılayın. Birdə ki, kiminləsə zarafat edirsinizsə vəya əyləncəli nəsə danışırsınızsa, ilkin olaraq özünüz gülməyin. Bu özünüzə inamsızlıqdan xəbər verə bilər.
  9. Üzünüzə əlinizlə toxunmayın. Kiminləsə söhbət zamanı üzünüzə toxunmayın. Bu sizin gərgin olduğunuzu bildirəcək.
  10. Başınızı dik tutun. Başınızı aşağı salsanız bu özünüzə inamsızlıq göstərəcək.
  11. Tələsgən olmayın. Siz əgər sakit yerisəniz həm gərginliyiniz azalacaq, həm özünüzə inam artacaq, həm də stress atmış sayılacaqsınız.
  12. Sizi gərgin göstərən adətlərinizdən uzaq olun və yaonları uzaq tutmağa çalışın. Məsəl üçün barmaqlarınızı masaya  vurmaqdan, dabanlarınızı yerə bərk sıxaraq yeriməkdən uzaq durun. Bunları etməməklə özünüzün maneələrinizin qarşısını açmış olacaqsınız.
  13. Əllərinizi düzgün idarə edin. Beləki, kimlərəsə nəyisə izah edən zaman əl hərəkətlərindən çox da istifadə etməyin. Əl hərəkətləri sizin sözlərinizə ancaq qüvvət verə bilər. Yox əgər əllərinizlə eyni hərəkətləri təkra redirsinizsə, o zaman bu yanlış sayılır.
  14. Qədəhi hər zaman aşağıda saxlayın. Qədəh qaldıran zaman onu özünüzə çox yaxın tutmayın, eyni zamanda qədəhi qaldırdığınız hündürlük sizin sinənizdən yuxarıda olmamalıdır. Çalışın əlinizə aldığınız hər şeyi ürəyinizdən yuxarıda saxlamayasınız. Üzünüzün və ürəyinizin qarşıdakına hər zaman açıq olduğunu göstərin.
  15. Onurğa sütünunu hər zaman düz saxlayın. Sizin kürək hissəniz sizin başınıza çatanda bitir. Ona görə də bütün onurğa düz qalmalıdır. Bu sizin görünüşünüzə də çox gözəl bir forma qatacaq.
  16. Məsafə saxlamağı unutmayın. Qarşınızdakı ilə söhbət zamanı mütləq məsafə saxlamaq lazımdır. Çünki bu hamıya bəllidir ki, məsafə az olarsa qarşındak ıinsan narahat olmağa başlayır. Qarşındakına sərbəstlik vermək sənin vəzifə borcundur.
  17. Əgər sizin kiminləsə yaxşı münasibətiniz varsa, o zaman siz bir-birinizə güzgü rolunu oynayırsınız. Bəzən belə olduğu halda onun da bədən dili ilə danışmağa gərək olur. Məsələn o sizə tərəf əyilirsə, sizdə ona tərəf əyilməlisiniz. O sizə əl uzadırsa siz də bunu etməlisiniz. Amma etdiyi bütün hərəkətləri təkrar etməyin. Qarşınızdak ıinsanı qorxuda bilərsiniz.
  18. Hər şeyə qarşı səmimi və açıq olun. Bütün bədən dillərindən əsas olan məhz budur. Səmimilik və insanlarla açıq olmağınız, sizə yalnız uğur gətirə bilər.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir