kisi baximi

Kişilər üçün baxımlı olmağın SADƏ YOLLARI

Baxış sayı: 1. 095

“Baxımlı olmaq” əvvəllər bu termin təkcə xanımlara aid edilirdisə, hazırkı müasir dövrdə bəylər üçün aktual kəlmədir. Baxımlı olmaq dedikdə makiyaj edib, dəbli paltarlar geyinmək nəzərdə tutulmur. Təmiz bir cildə, manikürlü dırnaqlara sahib olmaq özü ən yaxşı qulluq nümunəsidir.

Beləliklə, bəylərə ev şəraitində sadə yollarla baxımlı qalmağın bir neçə möcüzəvi sirrini təqdim edirik.

Cildə qulluqda ilk addım onu yaxşıca təmizləyib, kirdən təmizləmək olar. Hava kirliliyi, tüstü və bu kimi digər faktorlar dəridəki məsamələrin tıxanmağına səbəb olur. Bu zaman üzünüzü nə ilə yuduğunuza diqqət edin. Dərinizi qurutmayın, cild tipinizə uyğun sabun və təmizləyicilər istifadə etməklə gündə iki dəfə üzünüzü təmizləyin.

Kişilər üçün dəriyə qulluq vasitələrindən danışırıqsa taraşdan söz açmamaq mümkün deyil. Üz qırxan seçərkən ucuz olmasına deyil, keyfiyyətli və dəriyə zərər etməyəcək olmasına üstünlük verin. Çalışın ki taraş losyonunuz alkoqolsuz olsun.

Üzdəki ləkələrin və qırışların qarşısını almaq üçün, qoruyucu gün kremi istifadə edin. Unutmaq olmaz ki, üz dərisinə günəş şüasının mənfi təsiri təkcə yay aylarında deyil bütün fəsillərdə olur.

Cildinizin təmiz ə sağlam olmasını istəyirsinizsə həftədə bir və ya iki dəfə maska istifadə etməyiniz lazımdır. Bundan başqa sağlam qidalanma və mütəmadi idmanla məşğul olmaq da diqqət etməli olduğunuz məqamlardadır.

Qadınlar dodaq boyası yaxud da parladıcılarla dodaqlarını tez-tez nəmləndirir. Sizin isə belə bir şansınız yoxdur. Xüsusi dodaq nəmləndiriciləri mövcuddur ki, onun sayəsində quru və çatlamış dodaqlardan qurtula bilərsiz.

Dəriyə qulluq edərkən nə qədər yağlı yaxud quru olmasını göz önündə tutmaq lazımdır. Əgər yağlı üz dərisinə sahibsinizsə bu zaman sızanaq və qara nöqtələrin olma ehtimalı daha yüksəkdir. Mütəxəssislər tösiyə edir ki üzünüzdə yaranan sızanaqları sıxmayın, əvəzində isə gil və piilinq maskalarından istifadə edə bilərsiniz.

Yay aylarında quruyan və cansız saçlara canlı və parlaq görüntü bəxş etmək üçün ilk nöbədə onları günəş şüasından qoruyun. Saç tipinizə uğun doğru saç mskasından istifadə etdiyinizə əmin olun. Yağlı saçlar üçün bal və yumurta sarısı, karbonat və sirkə qarışımlı maskalar tövsiyə olunur. Quru saçlar üçün isə zeytun və hindistan yağı, yumurta ağı masqaları məsləhət görülür.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir