kisi

Kişilər üçün üz dərisi baxımı MASQALARI

Baxış sayı: 1. 546

Kişilərin üz dərilərinə qulluq yumaq və üz qırxmaq ilə məhdutlaşmamalıdır. Həmçinin nəmləndirmək, qidalandırmaq və qorumaq lazımdır.
Kişilər nə qədər çalışsa da üzlərinə qulluğa 10 dəqiqədən artıq vaxt ayırmayacaqlar. Bu zaman kəsiyi üz dərisini normaya gətirməyə tam kifayətdir. Ən sadə üsul kişilərə uyğun üz üçün maskalardır.
Lakin kişilər var ki, öz görkəmlərinə fikir verirlər və bu tip kişilər üçün çoxlu maska reseptləri vardır. Bir çox kişi maskaları qadın maskalarından fərqlənmir. Bəlkə, qadınlarda olduğu kimi eyni effekti verməsə də, bu maskalar nəmləndirir və tonuslaşdırır.

 

Yorğunluğu 10 dəqiqəyə götürən üz maskası

– Ananas, banan və çiyələk püresini qarışdırın. Üzünüzdə qarışımı 10 dəqiqə saxladıqdan sonra dərinizi hamarlaşdırır və yumuşaldır.
Kişilər üçün ən effektiv üz maskaları:
– 2 xörək qaşığı yoqurtu 1 xörək qaşığı bal ilə qarışdırın və 1 banan püresini əlavə edin və qarışımı üzünüzə vurun. 10 dəqiqədən sonra soyuq su ilə yuyun.
– Quru dəri üçün badam maskası. 1 xörək qaşığı badam yağı və 1 yumurtadan alınmış qarışımı üzünüzdə 10 dəqiqə saxlayandan sonra soyuq su ilə yuyun.
– Yağlı dərilər üçün maska. 1 pomidor püresinə 1 çay qaşığı limon suyu və 1 xörək qaşığı yulaf yarmasını qarışdırın və üzünüzə vurun, 10 dəqiqədən sonra su ilə yuyun.
– Gildən maska yorğunluğu aparır, dərini cavanlaşdırır və üz dərisində məsamələri təmizləyir. Gili suya tökürük və tam həll olunmasını gözləyirik. Aloye, bal, 1 yumurta sarısını əlavə edin. Qarışımı üzünüzə vurun, 10 dəqiqəyə yuyun və nəticə ilə fərəhlənin.
– Sadə kişi üzü üçün maska: 2 xörək qaşığı balı 2 xörək qaşığı süd ilə qarışdırın. Maskanı üzə çəkdiyinizdən 10 dəqiqə sonra yuyun.
– Üz quruluğundan azad olmağın effktiv yolu: yem buğdası və sudan qatı məcun hazırlayın. Məcunu üzə sürtüb 15 dəqiqədən sonra soyuq su ilə yuyun.

Kişi maskaları qadın maskaları qədər yayılmış olmasa da, onlara olan təlabat elə də kiçik deyildir. Kişilər artıq xarici görünüşlərinə fikir verirlər və “meymundan bir az yaraşıqlı” fikri ilə heç də razı deyillər. Əgər maska hazırlamağa vaxt yoxdursa bunu sizin əvəzinizə yoldaşınız edəa bilər, ya da apteklərdə artıq hazır maskaları əldə edə bilərsiz. Üzünüzə müxtəlif maskalar tətbiq etməklə üz dərinizi müalicə etmiş olacaqsınız.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir