kişi, qadın, fərqlər

Kişilər və qadınlar arasında qəribə fərqlər

Baxış sayı: 1. 601

Kişilər və qadınlar arasında oxşar nöqtələr olduğu kimi maraqlı fərqlər da var. Əlaqələrimizin daha xoşbəxtlik verici olması üçün bunların fərqinə varmamız lazımdır.

Qadınlar nəyə dəyər verir?

Qadınlar, sevgi, ünsiyyət, gözəlliyə və əlaqələrə dəyər verirlər. Əlaqələrində qarşı tərəfi dəstəkləməyə, köməkçi olmağa və qorumağa çox zaman ayırırlar. Qadınlar üçün ən əhəmiyyətli dəyər, xoşbəxtlik, hüzün, acı kimi duyğuların sıx bir şəkildə qarşı tərəflə paylaşılmasıdır.

Kişilər nəyə dəyər verir?

Kişilər, əlaqələrində qarşı tərəf üçün kafi olmağa, müvəffəqiyyət və gücə dəyər verirlər. Hər zaman özlərini sübut etmə, güclərini sərgiləmə, inkişaf ehtiyacı hiss edirlər. Kişilər üçün ən əhəmiyyətli dəyər, edəcəyi bir işin nəticəsində nə alacağını bilməsidir.

Qadınlar nə zaman susar?

Qarşısındakı kişiyə artıq güvənməyib, əlaqələrini kəsmək istədiklərində susar.

Söyləyəcəkləri sözlərin qarşısındakı kişininin xətrinə dəyəcəyini düşündüyündə susar.

Qadınlar, kimsəylə danışmaq istəmədikləri və içinə qapandıqları anlarda susar.

Kişilər nə zaman susar?

İşdən evə gəldiyində, televiziya qarşısında istirahət istədiyində susar.

Sevişmə sonrasında, mutluğun və dincliyi hiss istədiyində susar.

Gün içində yaşadığı hadisələri izah etmək deyil saxlamaq istədiyi üçün susar.

Qadınlar niyə çox danışır?

Qadınlar, qarşılıqlı dəstək üçün danışar, soruşar və ünsiyyət qurar. Hər qadının, özünü yaxşı hiss etməsi üçün danışmağa ehtiyacı vardır. Araşdırmalara görə qadınlarda beynin sol tərəfi davamlı çalışdığı üçün danışma tutumu yüksəkdir; bir qadın gündə 23 min sözə qədər danışa bilər.

Kişilər niyə az danışar?

Kişilər, nəticə mərkəzli və dəqiq danışmaları seçərlər. Detallarla maraqlanmaz, birbaşa nəticəyə baxarlar. Araşdırmalara görə kişilərdə beynin sağ tərəfi davamlı çalışır və işlə məşğuldur; bu müddətdə beynin dinləmə və danışmadan vəzifəli hissəsi bağlanır. Kişilər, ən yaxşı ehtimalla bir gündə 12 min sözə qədər danışa bilər.

Kişilər niyə ünvan soruşmaz?

Kişilər üçün qadınlar tərəfindən “istəsən ünvanı birinə soruşaq” kimi kömək təkliflərinin gəlməsi; kişinin özünü qeyri-kafi, bacarıqsız və zəif hiss etməsinə gətirib çıxarar. Ayrıca, bu vəziyyəti kişilər, “öz başına edə bilməzsən” eyhamı olaraq qəbul edir və narahat olurlar. Çünki kişi, quruluşu gərəyi qadına sahib çıxmaq, güvən vermək və yetərli olmaq istəyir.

Qadınlar niyə ünvan soruşar?

Qadınlar üçün kişilər tərəfindən “ünvanı təsvir edim”, “karyera planını bu şəkildə etməlisən” kimi təkliflərin gəlməsi; qadınların özünü qiymətli, çox sevilən hiss etməsini təmin edir. Çünki qadın kişidən, özünü qorumasını, sahib çıxmasını və yol göstərməsini gözləyir.

Qadın kişidən nə istəyir?

Qadın kişidən şəfqət, anlayış, hörmət, bağlılıq, haqlı görülmə və güvən gözləyir.

Kişi qadından nə istəyir?

Kişi, qadından güvən, təqdir edilmə, bəyənilmə, təsdiqlənmə və təşviq edilməyi gözləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir