Xeste

Kişiləri 50 yaşdan sonra ən çox nə narahat edir?

Baxış sayı: 971

Prostat adenomasıvə ya tibdə daha çox prostat vəzinin xoşxassəli hiperplaziyası kimi bilinən prostat vəzin böyüyərək sidik kanalını sıxması, nəticədə sidik axınının ləngiməsinə ve çətinləşməsinə gətirib çıxaran bir xəstəlikdir. Çox rast gəlinən bu xəstəlik kişilərdə yaşlanma ilə birgə hormonal dəyişikliklərlə əlaqədardır. Daha çox 50 yaşdan sonra kişilərdə müşahidə olunur. Bu barədə Mərkəzi Klinik Xəstəxananın açıqladığl məlumatda qeyd olunjub. Klinikanın həkimi, uroloq Eldar Abbasov bildirib ki, 50 yaşından yuxarı hər bir kişi hər hansı bir şikayəti olmasa belə, ildə bir dəfə mütləq uroloji müayinədən keçməlidir.

 

Prostat adenomasının əlamətləribunlardır:

– normaldan daha çoxsidiyə getmə ehtiyacı

– gecələr tez-tez sidiyə qalxma

-qeyri-iradi sidik ifrazı

-sidiyə gedərkən haçalanma

-gücənərək sidiyə getmə

-kəsik- kəsik sidik ifrazı

-sidim axınının zəifləməsindən

-sidik kisəsini tam boşaltmama və qalıq sidik hissiyatı

Prostat adenomasina necə diaqnoz qoyulur?

-xəstənin anemnezi, şikayətləri

-T.PSA (Prostat spesifik antigen) prostat xərçəngindən fərqləndirmək üçün qan testi

-uroflowmetriya ( sidik axım testi)

-Ultrases müayinəsi – böyrək sidik kisəsi ve prostat vəzi orqanlarının görüntülənməsi

-Sidik ifrazı sonrası qalıq sidiyəbaxılması

Bəs prostat adenomasının müalicəsi necə aparılır?

 

-Dərman müalicəsi. Daha çox erkən mərhələdə, şikayətlərinin yüngül və orta hallarında daha effektlidir

Cərrahi müalicə

– Açıq prostat əməliyatı

– Qapalı prostat əməliyatı

Prostatın böyüməsi zamanı olan problemlər onun daha çox böyüməsi deyil, yaratdığı şikayətlər önəmlidir.Bəzən kiçik prostatlar belə böyük sosial və tibbi problemlər yaradır.

Prostat xəstəlikləri şikayəti ilə müraciət edən xəstələrdə ən önəmli olan prostat adenoması yoxsa prostat xərçəngi olduğunu düzgün müəyyənləşdirməkdir.

Qeyd olunub ki, prostat böyüməsi (adenoması) günümüzdə düzgün şəkildə müalicə olunmaqdadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir