GORUS

Kişiləri ilk görüşdə tovlamağın SİRLƏRİ – QADINLAR OXUSUN!

Baxış sayı: 1. 597

Saç, makiyaj, geyim – bunlar qadınlar üçün çox əhəmiyyətlidir. Bəs kişilərin ilk görüşdə qadınlarda daha çox nələrə diqqət etdiklərini bilirsinizmi? “Gencaile.az” bu sirri xanım oxucuları üçün açıqlayır. İlk görüşə gedəndə bu ipuclarından mütləq yararlanın.

Geyim tərzi: “Xarici görünüş mənim üçün vacib deyil, əsas daxilin gözəl olsun”, – deyənlərə aldanmayın. Bir kişini heyran etmək üçün ilk əvvəl özünüzə xas tərziniz olmalıdır.

Saçlar: Saçlarınız həmişə təmiz və baxımlı olmalıdır. Onunla görüşərkən “elə-belə darayıb gedərəm”, – deməyin, mütləq saçınıza fen çəkin.

Makiyaj: Makiyajınızı təbii və yüngül edin. Şit makiyaj qadını kişidən uzaqlaşdıran səbəbdir.

Ətir: Yanına yaxınlaşanda ətriniz onu valeh etməlidir. Hətta günün sonunda evə gedəndə belə, o qoxunu xatırlamalıdır.

Dikdaban ayaqqabılar: Kişilərin qadınlarda ən cəlbedici hesab etdikləri nəsnə dikdaban ayaqqabılardır. İlk görüşdə bunu geyinib hər zaman dik durun və özünüzə güvənin.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir