kisi geyimleri

Kişiləri sanballı göstərən düzgün geyim strategiyası

Baxış sayı: 1. 688

Rəngləri ayırın

İllərdir ki, qara və boz kostyum geyinirdiniz? İndi fərqli rəngləri sınaqdan keçirmək vaxtıdır. Dəb tənqidçiləri kişilərə qara və boz kostyumlarını daha cəlbedici tonlara dəyişməyi məsləhət görürlər. Yosun yaşılı və ya tünd zoğalı rənglər də kişini daha sanballı göstərir. Ən əsası isə, rəngarəng geyinməyə özünüzü hazır hiss etməlisiniz.

 

Köynək kolleksiyasını artırın

Qarderobunuzu 21-31 yaşınızda zənginləşdirə bilərsiniz. Unutmayın ki, bu dəyişiklik hər 10 ildən bir edilməlidir. 41-51 yaşında da qarderobunuza yeni köynəklər əlavə edin. Yeri gəlmişkən qeyd edək ki, dama-dama köynək kişi qarderobunun universal geyimidir. Lakin bir ədədlə kifayətlənməyin. Hər bir müasir və dəbli kişinin qarderobunda dama-dama köynəyin müxtəlif rəngləri olmalıdır. Birrəng köynək seçdikdə isə köynəyin prncəyin rəngindən açıq olmasına riayət edin. Bu sizi daha səliqəli göstərəcək.

 

Saç düzümünü dəyişin

Uzun müddətdir ki, eyni saç düzümündə gəzməkdən bezməmisiniz? Özünüz bezməsəniz də, ətrafdakılar bezib. Odur ki, üz quruluşunuza yaraşan saç düzümü fikirləşməyə tənbəllik etməyin.

 

Qalstuku ancaq ciddi iş görüşlərinə taxın

Unutmayın ki, qalstuk taxan kişilər ciddi və bir o qədər sıxıcı görünürlər. Ona görə də qarderobunuza fərqli aksessuarlar və köynəklər əlavə edin.

 

Bir cüt qısaboğaz çəkmə

İdman ayaqqabıları çox rahatdır. Lakin qışda ən ideal seçim qısaboğaz çəkmələrdir. Hollivudun ən tərzli kişiləri də qış obrazını qısaboğaz çəkmələrlə tamamlayır.

 

Vodolazkalarla xarizmanızı artırın

Birincisi, qadınlar belə hesab edir ki, kişilər vodolazkada inanılmaz dərəcədə cəlbedici və seksual görünürlər. İkincisi isə qış üçün bu geyim çox əlverişlidir.

 

İki üslubun mükəmməl vəhdəti

Kostyumu idman üslubunda olan ayaqqabı ilə tamamlayın. Məsələn, dünya şöhrətli reperlərin üslubundan ilhamlana bilərsiniz. Bu stil istənilən yaşda kişini sanballı göstərir.

 

Ölçünüzü müəyyənləşdirin

Geyimləri doğru ölçüdə seçin. Bir çoxları səhvən geyimləri bir ölçü kiçik və ya böyük geyinirlər. Öz ölçülərinizi dəqiq bilin və satıcıların yanlış ölçüdə geyimləri sırımasına imkan verməyin.

 

Ayaqqabı, çanta və kəmər

Kəmər, ayaqqabı və çantanın rənglərini müqayisə edin. Hamısının eyni rəngdə olması şərt olmasa da, bir-birinə yaxın rənglərdə seçilməlidir. Qara, qəhvəyi və boz klassik rənglər olaraq qalır. Unutmayın ki, ucuz ayaqqabı qənaət yox, ən böyük dəb xətasıdır. Ayaqqabıda xəsisliyə yol verməyin. Görünüşünüzə xələl gətirən çantalardan istifadə etməyin. Adi idman çantası əvəzinə keyfiyyətli çanta əldə edin.

 

Ölməz cins dəbi

Unutmayın ki, cinsləri tez-tez yumaq olmaz. Rəngin solmağının qarşısını almaq üçün yaxalamaq kifayətdir. Cins geyimləri tərs üzünə yuyun.

 

Corabın rənginə diqqət edin

İdeal corab rəngi şalvar rəngində olmalıdır. Şalvara uyğun corab ayaqları vizual olaraq uzadır. Corabları uzun seçin. Son zamanlar rəngli corabları klassik kostyumla birləşdirmək dəbdədir. Ağ corabları yalnız ağ idman ayaqqabısı ilə istifadə etmək daha məqsədəuyğundur.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir