sevgi

Kişiləri sevgi münasibətinə necə hazırlamalı? – Qadınlar oxusun!

Baxış sayı: 1. 638

Yeni bir sevgi münasibətinə başladınız və uzun müddətdir yaşadığınız yalnızlıqdan qurtuldunuz. Bəs eyni hal sevgiliniz üçündə keçərlidirmi? Bəlkə hə, bəlkə də yox… Çünki çox zaman kişilər biriylə birlikdə olmaq düşüncəsindən qorxarlar.

Kişilər yeni münasibətə başladıqlarında o qadına bağlanmaqdan qorxarlar. “Bağlansalar, nə olacaq ki?”, – deməyin. Onlar üçün “birinə bağlanmaq” üzərinə böyük məsuliyyətlər götürmək deməkdir. Buna görə ilk başdan onu qorxutmamalı və münasibətə hazırlanmalısınız. Necəmi? “Gencaile.az” Aile.lent.az-a istinadən bunun qaydalarını sizə öyrədəcək.

Onu sevgilimdir”, – deyə tanıtmayın

Bir kişi münasibət qurduğunda onsuz da sevgili olmağın kabusunu yaşayır. Siz də bir yandan ətrafa onu “sevgilim” kimi tanıtsanız, onu əvvəldən sıxıntıya salmış olarsınız. Yəni, kişilər ən başdan bu tip kəlmələrlə tanıdılmaqdan xoşlanmırlar, bu, onları ürküdür. Bunun yerinə onun adı ilə ətrafınıza tanıtdırmanız daha doğru olacaq.

Onu düzəltməyə çalışmayın

Bərabər olduğunuz kişi dağınıq biridirsə, onu düzəltməyə çalışmayın. Evinə getdiyinizdə əşyalarının yerini dəyişdirməyə, təmizlik işi görməyə çalışmayın. Bundan çox narahat olurlar, çünki bu şəkildə onun həyatına müdaxilə etmiş olursunuz.

Cütlük olmaq kabusundan qurtulun

Ona tez-tez zəng edərək, hara getdiyini soruşaraq, ya da qısqanclıq göstərərək, heç bir şey əldə edə bilməzsiniz. Kişilər bu cür davranışlara nifrət edərlər. Onun sizə etmədiyini siz də etməyin, yoxsa onu itirərsiniz. Öz halına buraxın və sıxmayın, beləcə, onun gözündə dəyəriniz yüksələcək.

Dostlarından uzaqlaşdırmayın

Kişilər biriylə bərabər olduqlarında həyatlarının dəyişməsindən qorxarlar. Bilirlər ki, artıq onlara müdaxilə edəcək biri var. Bunun içərisində ən zəhlələrini tökən isə dostları ilə rahat görüşə mane olmağınızdır. Bunu etməsəniz, sizinlə münasibətdən məmnun olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir