qadin

Kişilərin heç vaxt tərk etmədiyi 3 qadın tipi

Baxış sayı: 1. 478

Cinslərarası münasibət, sevginin davamlılığı, hisslərin qorunması və s. həmişə müzakirələr üçün aktual olub. Hər iki cins qarşı tərəfi zaman-zaman səriştəsizlikdə ittiham edib, müxtəlif nöqsanlar axtarıb, ailə psixoloqlarından tövsiyə alıb. Amma çifayda! Bu, ayrılıqların qarşısını almayıb. Xüsusən də qadınlar münasibətlərin pozulmasından əziyyət çəkirlər. Bəs hansı qadınları kişilər tərk edə bilmirlər?

“Gencaile.az”  kişilərin heç vaxt tərk etmədiyi 3 cür qadın tipini təqdim edir:

1. İdarə edən, daha kobud desək, kişiləri barmağında oynadan qadınları. Öz kişi “qurban”larını düzgün seçən belə müdrik qadınlar idarə edə bilməyəcəyi kişidən uzaq olarlar. Bəziləri daha təhlükəlidirlər. Belələrinə “Aktrisa qadınlar” deyirlər. Qarşısındakı kişiyə görə xarakter dəyişirlər. Güclü kişinin qarşısında zəif olurlar, zəifin qarşısında isə güclü. Kişinin xasiyyətini mənimsəyib, ona görə davranırlar. Kişilər də belə qadınları özlərinə uyğun hesab etdikləri üçün onlardan ayrılmır.

2. İkinci tip qadınlar tam əksinə – kişiyə sərbəstlik verən, ona nəzarət etməyən qadınlardır. Onlara belə qadınlar “sərf edir”. Rahatlıqla “aranı, turanı gəzib” evinə qayıda bilirlər. Bu tip qadınlar hər xırdalığa görə kişini narahat etmir, hər şeyə görə gileylənmirlər. Kişiyə sərbəstlik verməklə, əslində özləri də sərbəstdirlər. Öz işlərini özləri həll edə bilirlər.

3. Üçüncü tipə dost qadınlar daxildir. Kişiylə sevgilidən, həyat yoldaşından öncə dost olmağı bacarırlar. Belə olduqda kişi hər çətinlikdə onun yanına qaçır. Kişi dostunun və ya anasının çiyninə başını qoyub ağlamır. Çünki evdə onu daha çox başa düşən, can yandıran dost gözləyir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir