kisi-qadin

Kişilərin qadınlarda ən çox nifrət etdiyi xüsusiyyətlər

Baxış sayı: 1. 367

Kişilərin qadınlarda nəyi bəyəndiyini az-çox bilirik. Bəs, yaxşı, kişilər zərif cinsin nümayəndələrində nələri bəyənmir? “Gencaile.az” aparılan araşdırmalar nəticəsində kişilərin qadınlarda ən çox nifrət etdiyi xüsusiyyətləri təqdim edir:

 

Makiyaj: Qadınların ən sevdiyi şey – makiyaj kişilər tərəfindən heç də bəyənilmir. Kişilərin çoxu bol və parıltılı makiyajlı qızlardan uzaq durmağa çalışır.

 

İntellekt aşağı olan qızlar: İntellekt və mədəni dünyagörüşü zəif olan insanlar heç yerdə sevilmir. Nə qadınlar axmaq kişi istəyir, nə də kişilər axmaq qadın. Kişilər ağıllı qadınları xoşlayır, amma özlərindən ağıllısını deyil.

 

Eşqbazlıq: Kişilər bunu özlərinə aid olan xüsusiyyət hesab etdiyi üçün qadınların flirt etməsinə və eşqbazlığa meylli olmasına səbir edə bilmirlər. Belə qadınlardan uzaq durmağa çalışırlar.

 

Sərxoşluq: Kişilər qadınların onlarla bəzən içib sərxoş olmalarını sevdiklərini desələr də, çox içən qadınlar yüngül əxlaqlı qadınlar kimi dəyərləndirlir.

 

Feministlər: Bütün günü kişiləri tənqid edən qızları və “kişi düşməçiliyi” deyə təqdim olunan bir ideologiyanın nümayəndəsini hansı kişi sevər?

 

Əsəbi qızlar: Hər şeyə çox tez əsəbiləşən qadınlar da sevilməyənlər və zəhlətökən qadın tipləri arasındadır.

 

Baxımsız qadın: Kişilərin əksəriyyəti baxımsız, özünə fikir verməyən qadınları sevmədiklərini bildiriblər.

 

Oğlansayağı hərəkətlər: Kişilərin böyük bir qismi qadınların kişi kimi davranmasından xoşlanmadıqlarını söyləyiblər. Məsələn, bəzi qadınlar kişilər kimi əl-qol hərəkətləri və söyüşlə danışır, onlar kimi yeriyir, bir sözlə, “kişilik” etmək istəyirlər. Bu isə onlara heç yaraşmır. Bu cür qadınlar kişinin gözündən həmin dəqiqə düşür.

 

Geyim: Üstü-başı çirkli olan qıza hansı kişi yaxınlaşar ki?! Geyimə fikir verən təkcə qadınlar deyil…

 

Uşaqlıq: Kişilər uşaq təqlidi edən qızlardan, qadınlardan nifrət edirlər. Özü böyüməyən qız gələcək övladlarına necə analıq edə bilər? Xüsusən də, hansısa sözü uşaqlar kimi söyləmək, onlar kimi davranmaq kişilərə çox xoş gəlmir.

 

Mühafizəkarlıq: Gənc oğlanlar özləri mühafizəkar olsalar da, həddindən artıq mühafizəkar xanımlarla ünsiyyət qurmağa çətinlik çəkirlər.

 

Vasvasalıq: Bu mövzuda heç kimi qınamaq olmaz. Çünki çox və boş danışan adam hər kəsin düşmənidir.

 

Uzun dırnaqlar, taxma saçlar və süni kirpilər : Heç bir kişi səhər yuxudan duranda gözəl görünmək üçün istifadə etdilən ləvazimatları yatağında görmək istəməz.

 

Hökmlülük: Qadın avtoritarlığı kişilərin dözə bilmədiyi hallardandır. Şəxsi eqoları, yəqin ki, onlara, bu xüsusiyyətin kişilərə aid və heç bir zaman əldən verilməməli bir şey olduğunu diktə edir.

 

Siqaret: Siqaret çəkən qadınlar hələ də cəmiyyətdə sevilməyənlər sırasındadır. Halbuki kişilərin siqaret çəkməsi qədər adi hal sayılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir