sevgi

Kişilərin “Səni sevirəm” əvəzinə işlətdikləri 20 qısa cümlə

Baxış sayı: 1. 202

Bəzən sevdiyin insana olan hisslərini ifadə etməyin ən yaxşı üsulu bunu həkətlərində göstərməkdir. Xüsusilə kişilər tez-tez “Səni sevirəm” deməyi xoşlamadıqları üçün başqa ifadə vasitələrindən istifadə edirlər. Onlar çox yaxşı bilir ki, insana öz qayğısını əks etdirmək sevgi sözlərindən daha vacib və qiymətlidir.

“Gencaile.az” xarici mətbuata istinadən xəbər verir ki, psixoloqlar kişilərin “Səni sevirəm” sözləri əvəzinə ən çox istifadə etdikləri cümlələrin siyahısını tərtib edib.

Sözügedən siyahını təqdim edirik:

“Ehtiyatlı ol”.

“Bu, mənə səni xatırlatdı”.

“Sən mənimkini götürə bilərsən”.

“Bu, sənə kömək etməlidir”.

“Narahat olma. Mən həll edərəm”.

“Hər şey yaxşıdır. Mən sənin yanındayam”.

“Sənin sevdiyin desertdən almışam”.

“Bizim üçün bir şey fikirləşmişəm”.

“Səndə hər şey qaydasındadır?”

“Mənimlə qal”.

“Mən sənin əvəzinə qabları yuyaram”.

“Sənin üçün etdim”.

“Soruşmağa ehtiyac yoxdur. Mən sənə etibar edirəm”.

“Həmişə belə qal”.

“Sənin üçün darıxıram”.

“Görüşümüzü səbirsizliklə gözləyirəm”.

“Sənin səsini eşitmək istəyirdim”.

“Mən səninlə fəxr edirəm”.

“Mən bilirəm, sən bacararsan”.

“Yuxun şirin olsun, əzizim”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir