SEVGİ

Kişilərin sevdiyini göstərən əlamətlər

Baxış sayı: 1. 287

Qadınlar sevdiyi kişinin dilindən “Səni sevirəm” sözünü eşitsə də, dərdindən dəli-divanə olduğuna əmin olmaq istəyir. Çünki qadınlar çox çətin varlıqdır, hər şeydən şübhələnirlər, ağlındaki suallar isə bitmək bilmir. Buna görə də, kişinin təkcə sözlərinə deyil, hərəkətlərinə də fikir vermək lazımdır. Sizin dərdinizdən dəli-divanə olduğunu da məhz bundan bilmək olur.

 

Sizə hörmət edirsə – Bu, bir kişinin sizə dəli kimi aşiq olduğunun ən yaxşı əlamət hesab olunur. Sizin fikirlərinizə dəyər verməsi, hərəkətlərinizə diqqət etməsi, xırda səhvlərinizə göz yumması, anlayış göstərməsi, sizə olan hisslərinin dərinliyini sübut edir. Ən qəribə hərəkətlərinizi belə problemə çevirmirsə, fərqli fikirlərinizə dərin hörmət bəslədiyini göstərir.

 

Hər kəsin içində yaxınlaşırsa – Sevgilinizin ikilikdə sizə yaxınlaşıb istədiyiniz qayğı və sevgini göstərə bilər. Amma başqa insanların yanında diqqət etmirsə, sizə dəli olduğunu deyə bilmərik. Qadına dəli kimi aşiq olan kişilər öz sevgisini hər fürsətdə göstərmək istəyir. Daha doğrusu öz hisslərinə qalib gələ bilmir. Xüsusən də dostlarının yanında sarılırsa, sizinlə qürur duyduğunu, sevgisini hər kəsə hayqırdığını deyə bilərik.

 

Göz kontaktı – Sizə dəli kimi vurulan kişilər siz ona baxdığınız zaman gözlərini əsla çəkmir. Siz başqa bir işlə məşğul olanda gözləri ilə süzürsə, dostlarınızla birlikdə olanda gözlərinizin içinə baxdığını görürsünüzsə, qarşınızda sizə dəli olan bir kişi dayanıb.

 

Hər zaman ağlındasınızsa – Gün ərzində birinci özü zəng edirsə, bəzən sadəcə səsinizə ehtiyacı olduğu üçün zəng etdiyini deyirsə, gününüzün necə keçdiyini soruşursa, sevgilinizin sizə dəli kimi vurulduğundan şübhə etməyin.

 

Problemlərinizi həll etməyə çalışırsa – Sizə dəli olan bir kişi problemlərinizi həll edib həyatınızı asanlaşdırmaq istəyir. Özünüzü pis hiss etdiyiniz anlarda probleminizi həll edirsə, bütün hallarda sizin yanınızda olmaq istədiyini bildirir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir