qadin

Kişilərlə yaxşı anlaşmaq istəyən qadınlara 10 məsləhət

Baxış sayı: 225

1620-ci ildə poznanlı İshaq Ben Elyakin öz qızı üçün kiçik bir kitabça yazdı və tezliklə bu kitabça yəhudi qadınlar arasında məşhurlaşdı.
«Mərhəmətli qəlb» adlanan bu kitabçada yaxşı arvada on nəsihət və başqa məsləhətlər vardı. Biz bu nəsihətləri nümunə kimi ona görə veririk ki, xanımlarımız ayrı baxış nöqtələrindən də özlərini görə bilsin.

1. Ərin hirslənəndə, ehtiyatı əldən vermə. Bu zaman nə şən, nə də inadkar ol. Gülümsə və sakit danış.

2. Ərini yemək gözləməyə məcbur etmə. Aclıq qəzəbin atasıdır.

3. Ərin yatanda, onu oyatma.

4. Onun pulları ilə ehtiyatlı ol. Pulla bağlı işlərini ondan gizlətmə.

5. Heç vaxt onun sirlərini açma. Əgər lovğalanırsa, bunu gizli saxla, üzünə vurma.

6. Onun düşmənlərini bəyənmə və dostlarına nifrət etmə.

7. Ona etiraz etmə və öz məsləhətinin onunkundan yaxşı olduğunu israr etmə.

8. Ondan mümkün olmayanı gözləmə.

9. Onun xahişlərinə diqqətlə yanaşsan, sənin kölən olar.

10. Onun xətrinə dəyən heç bir söz demə. Sən onunla çar kimi rəftar etsən, o sənə çariça kimi münasibət bəsləyəcək.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir