Kişilər, ət yeyin!

Baxış sayı: 1. 616

Kanadanın “McGill” Universitetinin elm adamları qırmızı ətin faydaları ilə bağlı yeni araşdırma aparıb. Belə ki, stresli və ağır iş günündən sonra evə gələn kişiyə verilən bişirilmiş bir parça qırmızı ət onun sakitləşməsinə kömək edə bilər. Araşdırmaya qatılan 82 kişiyə aralarında ət şəkillərinin də olduğu fotolar göstərilib. Onlara hər hansı mətni oxuyan köməkçilərə xəta edəcəkləri təqdirdə, qışqıra biləcəklərini bildiriblər. Bu zaman ət şəkli göstərilən kişilərin daha aqressiv olacağı zənn edilsə də, bu belə olmayıb. Əksinə onlar daha sakit davranmağa başlayıb.

Eksperimenti aparan Frank Kaçanof adlı alim qırmızı ətin sakitləşdirici təsirinin əcdadlarımızdan qaynaqlana biləcəyini qeyd edib. Nəticələri dəqiqləşdirmək üçün araşdırmanın təkrarlanacağı bildirilib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir