55

Kişilər niyə qadınlardan az yaşayırlar?

Baxış sayı: 1. 478

Həyatın qısa olması və qan hüceyrələrindəki Y xromosomunun itməsi arasında əlaqə aşkarlanıb. İndi kişilərin qadınlardan az yaşaması məhz bununla izah edilir. Həmçinin, kişilərin xərçəngdən ölüm riskinin daha çox olması da…

Belə ki, DNT dəyişikliyi bütün ömür boyu baş verir. Bu dəyişiklik diabet, xərçəng və digər xəstəliklərə səbəb ola bilər.

Rusiya mətbuatının yazdığına görə, beynəlxalq mütəxəssis qrupu 1600 nəfər yaşlı insandan götürülmüş qan nümunələrini analiz edib. Məlum olub ki, genetik dəyişikliklərin çox hissəsi Y xromosomu və ağ qan hüceyrələrinin payına düşür.

Mütəxəssislər kişilərin səhhətini uzun illər boyu izləyiblər. Uspal Universitetinin immunologiya, genetika və patalogiya şöbəsinin əməkdaşı Lars Forsberq sübuta yetirib ki, qan hüceyrələrinin çox hissəsində Y xromosomu itmiş kişilər daha az yaşayırlar. Y xromosomu ilə xərçəng ölümü arasında birbaşa əlaqə olduğu da məlum olub.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir