yubka

Kişilər niyə yubka geyinir?

Baxış sayı: 1. 569

Ötən həftə Azərbaycanda bir qrup gənc fəalın keçirdiyi “yubkalı aksiya” ciddi ajiotaj yaradıb. Türkiyədə təcavüzə uğrayaraq qətl edilən Özgecana dəstək olaraq başda Zaur Qurbanlı olmaqla bir necə gənc ətək geyinərək, öz etirazlarını bildiriblər. Bu gün də İstanbulun Taksim meydanında kişilər mini yubka geyinərək izdihamlı bir yürüş təşkil ediblər.

Musavat.com da “yubkalı kişilər” mövzusunun aktual olduğunu nəzərə alıb, dünyaya və tarixə kiçik ekskursiya təşkil etdi. Hansı ölkədə kişilər yubka geyinirlər və bunun məqsədi nədir?

Öncə İsveçdən başlayaq. Ötən il bu ölkənin dəmiryolu işçiləri, daha doğrusu maşinistlər qəribə addım atıblar. Belə ki, qatar maşinistlərinə isti havada şalvar əvəzinə şort geyinməyə icazə verilib. Arriva şirkəti Stokholmda dəmiryolu xətlərindən birində operator təyin ediləndən sonra şort geyinmək qaydasını ləğv edib. Lakin bir qrup maşinist şortu ətəklə əvəz etməyə nail olub. Adıçəkilən qurumda ətəklə bağlı hər hansı narazılıq nümayiş etdirməyib.

“Biz hesab edirk ki, şirkətimizi təmsil edən əməkdaşlar layiqli görünməli və xarici görünüşə malik olmalıdır. Forma geyinmək buna nail olmağa kömək edir. Əgər kişilər ətək geyinmək istəyirsə, hər şey qaydasındadır”.

Ətək (yubka) geyinən kişi deyəndə ağla gələn ikinci millət isə heç şübhəsiz ki, şotlandlardır. Amma bizim yubka dediyimiz geyim əslində kiltdir. Şotland kişilərin həmişə kiltlə gəzdiyinə səmimi qəlbdən inananlar da az deyil. Halbuki şotlandlar kilti ancaq ənənəvi olaraq toylara və turizm məqdəsiylə geyinirlər. Ənənəvi Şotland toylarında bəy və kişi cinsindən olan qonaqlar bəyin xahişi (və ya tələbi) ilə kilt geyinə bilir amma təbii ki, toyunda kilt geyinmək kimi bir məcburiyyət yoxdu. Toylardan əlavə kilt geyinən kişilərə ən çox turistik məkanlarda rast gəlmək olur. Kilt geyinən və bagpipe çalan şotland kişiləri Edinburq, Qlasqo kimi şəhərlərdə məşhur muzeylərin, qalaların, galereyaların və tarixi binaların yaxınlığında görmək çox adi bir hadisədir. Burda da utanılası bir şey yoxdur. Camaat öz tarixi, mədəni irsindən pul qazanır, ölkə iqtisadiyyatı hər il turizmdən milyardlarla funt gəlir götürür.

Kilt geyinmə ənənəsinin başlanğıcı 1500-cü illərə söykənir. Bu illərdə şotland kişilər ova gedəndə dizlərinin üstünə bir şal atırdılar. Zaman keçdikcə daha iri şallardan istifadə etməyə başladılar. Amma üstlərində çox parça daşımaq istəmədikləri üçün üst qismi buraxıb, sadəcə alt hissəni istifadə etməyə başladılar. Beləliklə, ilk kiltlər də bu şəkildə ortaya çıxdı.

1747-ci ildə İİngiltərə kralı II Corc kilt geyiminə qadağa qoydu. Amma şotlandlar hökumətə etiraz edərkən kilt geyinməyə davam etdi və keçmiş Şotlandiyayı xatırlamağa davam etdi. Qadağa 1782-ci ildə götürülsə də, kilt şotland sosializminin bir simvolu halına gəlmiş oldu.

İtaliyada isə yubka geyinən kişilər həbs olunur.

Maraqlıdır ki, bu gün dünyadakı bəzi məşhur kişilər zaman-zaman yubka geyiniblər. Onlar bunu sırf moda xatirinə, fərqli görünmək üçün etdiklərini deyirlər. Bu cür qəribəlik edənlərin arasında məşhur futbolçu Devid Bekhem, Maykl Cekson da olub.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir