Kişilər və qadınlar ağrını müxtəlif cür hiss edirlər

Baxış sayı: 1. 371

Kişilər və qadınlar ağrını müxtəlif mexanizmlərlə hiss edirlər. Onlarda hissetməyə müxtəlif sinir hüceyrələri cavabdehdir. MakGill Universitetinin (Monreal, Kanada) alimləri apardıqları araşdırma nəticəsində məhz belə qənaətə gəliblər.

“Gencaile.az” “Nature Neuroscience” jurnalına istinadla xəbər verir ki, alimlər əldə etdikləri informasiyadan yeni ağrıkəsici vasitələr hazırlamaq üçün istifadə etməyi planlaşdırırlar.

MakGill Universitetinin alimi Ceffri Mogilin sözlərinə görə, xroniki ağrı kişilər və qadınlar tərəfindən müxtəlif cür qavranılır. C.Mogil öz sözlərini belə şərh edir: “Başqa araşdırmalar göstərib ki, kişilərdə və qadınlarda ağrı hissi müxtəlif olur və qadınlar xroniki ağrıya daha çox məruz qalırlar. Amma biz həmişə belə hesab etmişik ki, bu siqnallar eyni neyronlarla gedir və eyni şəkildə olur”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir