4586500_orig

Kişilərə nə hədiyyə etməli?

Baxış sayı: 2. 246

İdeal hədiyyə resepti bu cür olmalıdır: o lazımlı və gözəl olmaqla yanaşı, insanın hər hansı bir çatışmamazlığını büruzə verən ol­mamalıdır. Gözəl hədiyyə seçimi — çox zaman sadə ol­mayan bir tapşırıqdır. Ən çətin isə qarşı tərəfin cinsinə hədiyyə seçməkdir. Sizin tapşırığınızı asanlaşdırmaq üçün kişilərə hədiyyə olunası şeylərin siyahisini təqdim edirik:

  1. Musiqidən xoşu gəlirsə və onun zövqünü bilirsinizsə, musiqi diski
  2. əgər mütaliəni sevirsə, kitab
  3. spirtli içki
  4. teatr və kinoya bilet, əvvəlcədən onun ha­min vaxt boş olduğunu öyrənin
  5. bilərzik və digər bəzək aksessuarları
  6. filmlər kolleksiyasi
  7. qol saatı
  8. təbiəti gəzməyi xoşlayana cib bıçağı
  9. qələm
  10. idmanla məşğul olana idman geyimi ya­xud alətləri
  11. kişilər üçün ətir dəsti
  12. kəmər
  13. pul kisəsi
  14. əgər onun pis vərdişi sizi qıcıqlandırmırsa,alışqan
  15. suvenir
  16. ətir
  17. elektrik üzqırxanı
  18. restorana dəvət

Kişilərə ətir hədiyyə alarkən

İstər atanız, istər qardaşınız, istərsə də sevgiliniz üçün ətir alın. Kişi ətiri almaq asandır, onu seçmək çətin deyilmi? Alacağınız ətirin iyi onun xoşuna gəlməli, dəyişik olmalı, təəccübləndirməli, getdiyi hər yerdə istifadə edə bilməli, tərzini əks etdirməlidir. Ən yaxşısı budur ki, siz ön hazırlıqlara başlayın, sonra alış-verişə çıxın!
Əvvəlcə nələrdən istifadə edirdisə, onları nəzərdən keçirin. Əgər lazımdırsa, özünüzlə aparın və ona uyğun ətir seçin.

  • Vücud tipi çox vacibdir — quru, normal və ya yağlı.
  • Gecə, yoxsa gündüz istifadə etməsi üçün alırsınız? Buna da qərar verin.
  • Kişi dostunuzdan kömək istəyə bilərsiniz.
  • Eyni yaşda olan kişilərin ən sevdiyi ortalama ətirlərə internetdə baxa bilərsiniz. Bu şəkildə dəbdən də agah ola bilərsiniz.
  • Artıq üzərində durduğunuz bir ətir varsa, o zaman onu yanınızdakı bir kişinin üzərində qoxlaya bilərsiniz.
  • Ətirlər arasındakı fərqlərə bələd olun.
  • Ağır, yoxsa yüngül qoxu?
  • Mövsüm şərtlərini gözardı etməyin.
  • Cibinizə uyğununu seçin.
  • İdman, yoxsa klassik üslubdakı ətir?

Kimdən soruşursunuzsa-soruşun, kişilərə alınacaq olan hədiyyələr siyahısında mütləq ətir vardır!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir