y

Kişilərin, yoxsa qadınların yaddaşı daha güclüdür?

Baxış sayı: 1. 526

Kişilərin yaddaşı qadınınkından daha erkən zəifləyir. Amerikanın “Mayo Clinic” şirkətinin apardığı araşdırmada qadınların yaddaşının daha güclü olduğu ortaya çıxıb.

30-95 yaş arası 1246 insanın qatıldığı araşdırmada 30 yaşından etibarən yavaş-yavaş, 60 yaşından sonra isə sürətlə balacalaşan beyinin yaddaş hissəsinin həcmi öyrənilib.

Araşdırmaçılar kişilərin yaddaşının 40 yaşından sonra qadınlara nisbətən daha tez zəiflədiyini, 60 yaşından sonra beyinin də həcminin daha çox balacalaşdığını bildiriblər.

Onların fikrincə, qadınların yaddaşının yaxşı qalmağına səbəb estrogen hormononun çoxluğudur.

Bundan başqa, beyində atshaymer xəstəliyi ilə bağlı olan amiloid proteinlərini də araşdıran alimlər qadın və kişidə bu protein miqdarında fərq olmadığını, hamısında amiloid səviyyəsinin 70 yaşından sonra artdığını deyiblər.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir