kisi geyimleri

Kişinin özünə inamını artıran geyimlər hansılardır?

Baxış sayı: 2. 095

Modanın tendensiyasına uyğun geyinən kişilər hər zaman diqqəti özlərinə cəlb etmişlər. Dəbli kişi yaraşıqlıdır və müasirdir. Dəbli kişi özünə inandığından uğur qazanmaq şansları daha yüksək olur. 

Bir müddət öncə kişi moda stili kifayət qədər sərt çərçivəyə malik idi. Kişilər yeganə dress-koda uyğun olaraq geyinirdilər. Kişi geyiminin rəng qamması qara, boz və qəhvəyi rəngin çalarları ilə məhdudlaşırdı. Yalnız aksessuar seçimində müəyyən azadlıqlar var idi.

Müasir kişi modası isə kişilər qarşısında geniş imkanlar yaradır, onlara azadlıq bəxş edir. İsti, parlaq rənglər nəinki xanımların, həmçinin kişilərin qarderobundan mövcuddur. Kostyum seçərkən kişi ovqatına uyğun seçim edə bilər və ən əsası fərdi üsluba malik olmağın kefini yaşaya bilərsiniz.

Müasir modanın tendensiyası kişilərə həyat tərzlərinə, imic və xarakterlərinə uyğun paltar seçərkən azad üslubla rəng çalarlarını qarışdırmağa imkan verir.

 

Əsas tendensiyalar

Müasir kişi modası insana rahatlıq verir. Özünüzü nəyəsə məcbur edilmiş kimi hiss etməyəcəksiniz. Mövhumatdan uzaq olun. Dizaynerlər məsləhət görürlər ki, iri şaquli xəttləri olan, iki tərəfli düymələnən pencək və hörülmə üst geyimlərinə diqqət yetirəsiniz.

Kişi modasında hər zaman klassik kişi kostyumlarına yer var. Lakin bu gün onlar forma və rəngini dəyişib. Dar, bədəni kip tutan, retro stil dəbdədir. Yeni kişi modası nəinki iki tərəfli düymələnən pencəklə bədən qüsurlarını örtür, həmçinin qəddi-qaməti, kişi cəsarətini, mərdliyini nümayiş etdirir.

Dəbli kişi geyimlərinin rəngi çox zərifdir. Köynək, pencək, mayka, şərf və digər kişi geyiminin predmetləri rəngli, çiçəkli naxışlarla, bəzəklərlə, printli şəkillərlə bəzənib.

Kişi geyim stilini trikotajsız təsəvvür etmək mümkün deyil. Yarımşəffaf, yüngül, şəbəkəli, incə və bəlkə də bir az qadın strukturlu trikotaj paltarlar müasir modanın tendensiyaları arasında diqqəti çəkən məqamlardandır.

Dəb şalvar seçimində də məhdudiyyətlər qoymur. Kişilər enli, geniş, hətta kisəyə oxşar və təbii ki, dar, kip şalvarlar ala bilərlər. Uzunboğaz çəkmələr aktuallaşır, rəngli zamşa dəridən olan botinka və təbii ki, kombinə edilmiş ayaqqabı dəbdədir.

Aksessuarların seçimi kişinin üslubunun fərdiliyindən asılıdır. Kişi geyimləri üçün şərf daha xarakterikdir. Onu sviterlə, həmçinin klassik üslubda tikilmiş kişi kostyumu ilə uyğunlaşdırmaqla obrazınıza məlahət, fərdilik qata bilərsiniz.

Kişi üst geyim bu il idman dünyasından ilhamlanıb. Qışda kişi modasında gödəkcə, xəz dəri yaxalıqlı gödəkçələr, parıltılı, suyu buraxmayan jiletlər, yun parçaya oxşar pambıq parçadan sviterlər, parlaq rəng çalarlarında puloverlər dəbdə olacaq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir