SAMSUNG DIGITAL CAMERA

Köhnə mebelləri yeniləməyin üsulları

Baxış sayı: 150

Köhnəlmiş taxta mebelləri atmaq yerinə, onları öz tərzinizdə yeniləyib müasir dəbə uyğunlaşdırın. Biz inanırıq ki, sərhədsiz fantaziya və bacarıqlı əllər köhnəlmiş sənət əsərinə yeni həyat verə bilər. Onun üstündə yenidən işləyib təzələməklə hələ uzun illər istifadə etmək mümkündür. Bunun üçün ancaq boya, pambıq və lak lazımdır.

Köhnə mebelləri yeniləməyin üsulları:

1.Əvvəlcə mebel üzərindəki köhnə boyanı təmizləyin, lakin mebelə zərər verməməyə diqqət edin.

2.Təmizlədiyiniz səthin tozunu pambıq bezlə alın.

3.İşin ən zövqlü olan tərəfi boyama mərhələsidir. Bu mərhələdə istədiyiniz rəngdə boyanı mebelə tək qat çəkin. Boya quruduqdan sonra mebeli təkrar təmizləyin.

4.Sonra bir qat da boya çəkin. Mebelinizdə fırça izi qalmaması üçün keyfiyyətli materiallar istifadə etməyə çalışın.

5.Boya quruduqdan sonra son dəfə təmizlik edib hamarlaşdırın, daha sonra lak istifadə edə bilərsiniz.

6.Əgər evinizdə köhnə mebel varsa, fotolara baxıb nümunə götürün.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir