geyim

Köhnə şalvarı yubkaya necə çevirmək olar? – HAZIRLANMA QAYDASI

Baxış sayı: 1. 447

Hər birimizin qarderobunda köhnəlmiş cins şalvarlar var. Nə əlimiz gəlir ki, ataq, nə də geyinmək istəyirik. “Gencaile.az” sizə köhnəlmiş cins şalvarınızdan yeni yubka hazırlamağın üsullarını göstərir.

 

Lazım olanlar:

Köhnəlmiş və ya geyinmədiyiniz hər hansı bir cins şalvar

Qayçı

İynə və sap

 

Hazırlanması:

Əvvəlcə şalvarı ətək boyunu istədiyinizdən bir neçə santimetr daha uzun kəsərək işə başlaya bilərsiniz.

 

 

Daha sonra şalvrınızın tikiş qismlərini diqqətli şəkildə qayçı ilə sökməyə başlayın.

 

Sonra ön qismini ətəyin digər tərəfində düz bir şəkildə iynə ilə sabitləyin. Bu, ətəyinizin alt qisminin üçbucaq şəklində durmasını təmin edəcək.

 

Arxa qismini ətəyin digər tərəfində düz şəkildə sabitləyin.

 

Ön və arxa tikiş kənarından təxminən 1-2 tikişi paltar tikən maşınla edin.

 

Ətək parçasını bayıra çevirərək hər hansı bir ekstra parça daha kəsin.

 

Cins şalvardan hazırladığınız ətək hazırdır.

 

Ətəyinizi əyninizdə yoxladıqdan sonra boyunu istədiyiniz ölçülərdə kəsib düzəldə bilərsiniz.

 

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir