telefon1

Köhnə telefonların smartfonlardan 10 ÜSTÜNLÜYÜ

Baxış sayı: 1. 366

“Gencaile.az” köhnə telefonların müasirlərdən 10 üstünlüyünü təqdim edir.

 

1. Köhnə mobil telefonların heç bir proqram yenilənməsinə ehtiyacı yox idi, amma müasir smartfonları tez-tez yeniləmək lazımdır.

2. Köhnə telefonları 3-cü mərtəbədən atsan belə, bir şey olmazdı, amma bahalı smartfonlar əldən düşən kimi çilik-çilik olur.

3. Köhnə telefonlar 3-4 gün enerji saxlayırdısa, smartfonları gün ərzində azı bir dəfə enerjiyə qoşmaq lazımdır.

4. Əvvəl enerji saxlamağında problem olmadığına görə ancaq telefonu daşıyırdıqsa, indi telefonun yanında adapter da daşımalı oluruq.

5. Köhnə telefonları 15 il sonra da işlətmək mümkündürsə, müasir smartfonların orta ömrü bir neçə ildir.

telefon1

6. Köhnə mobil telefonlar münasib qiymətə olurdusa, smartfonları almaq üçün var-dövlət xərcləməli olursan.

7. Köhnə telefonlar çəkic qədər ağır və böyük idi, onları heç yerdə unutmaq mümkün deyildi. İndiki smartfonlar o qədər incədir ki, cibdə olub-olmadığını yoxlamaq lazım gəlir.

8. Köhnə telefonlar insanlarla görüşmək üçün bir vasitə idi. İndi isə görüşdükdən sonra telefonda qurcalanırıq, söhbət də etmirik.

9. Köhnə telefonlar ancaq danışmaq və mesajlaşmaq üçün idisə, indikilər həyatımızın özü olub. Telefonun içi şəxsi həyatımızdır. Başqasının əlinə keçsə, çox pis olar.

10. Köhnə telefonların çeşidləri çox idi, indi hamısı eynidir. Hamının əlində düz, qara ekranlar dayanır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir