Kök qadınların dəbdə olduğu ölkələr… – SİYAHI, FOTOLAR

Baxış sayı: 1. 205

Artıq çəki dünyanın əksər insanları tərəfindən sağlamlığa mənfi təsir göstərən bir hal kimi qəbul olunur. Həm də əksər hallarda kök insanlar cazibədar sayılmır.

Amma dünyanın elə ölkələri də var ki, bu ölkələrdə əsasən qadınlar arasında  köklük gözəlliyin və sağlamlığın atributu  sayılır.
Arıq qadınlar bu ölkələrdə cazibədar olmayan və fiziki cəhətdən zəif insanlar sayılır.

1. Tonqa

Bu ölkə Sakit okeanın cənubunda kiçik bir adada yerləşir. Tonqada xaricdən gətirilən keyfiyyətsiz qida yağlarından geniş istifadə edildiyi üçün artıq çəkili insanlar bu adada çoxdur.
Bu adada cazibədar qadın kök qadın sayılır. Bu ölkədə təkcə qadınlar deyil, ölkənin 140 min əhalisindən 100 mini artıq çəkiyə malikdir.

2. Küveyt

Yaxın Şərqin bu neft ölkəsinin 15 yaşından yuxarı 50 faiz qadınlarının artıq çəkisi var. Amma yerli qadınlar kök olduqları üçün özlərini çox xoşbəxt hesab edirlər. Çünki bu ölkədə köklük sağlamlığın və var-dövlətin rəmzi sayılır.
Onu da qeyd etmək lazımdır ki, bu ölkədə kök insanların əksəriyyəti ürək-damar xəstəliyindən əziyyət çəkir.

3. Fidci

Sakit Okeanın cənubunda yerləşən bu ada ölkəsində bir çox ənənələr yeməklə bağlıdır. Burada belə hesab edirlər ki, insan nə qədər çox yesə o, bir o qədər də varlı və xeyirxah olur. Cüssəli qadınlar burada dünyaya çox uşaq gətirməyə və cazibədarlığa nümunə sayılır.

4. Yamayka

Yamaykada ideal qadınların ölçüləri dünyada qəbul olunmuş 60-90-60 ölçülərindən iki dəfə çoxdur. Yerli əhali arasında 23 il əvvəl aparılan sorğunun nəticəsinə görə, kök insanlar bu ölkədə xeyirxah və cazibədar insanlar sayılırlar. Nazik olmaq bu ölkədə pislik və kədər rəmzi hesab olunur.

5. Samoa

Samoa əhalisi əsrlərlə ərzaq qıtlığından əziyyət çəkib. İkinci Dünya Müharibəsindən sonra yaranan ərzaq bolluğuna görə yerli əhali ərzaqdan imtina etməməyə çalışıb. Bu da yerli əhali arasında kütləvi kökəlməyə gətirib çıxarıb.
Antropoloqlar belə hesab edirlər ki, yerli əhali yüz illərlə yarıac yaşadığı üçün onların genləri piy və kalori yığmaq üçün proqramlaşıb.

6. Əfqanıstan

Sərt iqlim Əfqanıstan üçün xarakterik sayılır. İsti qum səhralarında yaşayan köçərilər üçün şişman qadınlar daha cazibədar hesab olunur.
Əgər yerli qadının sifət quruluşu dəyirmidirsə, həmin qadın onlar üçün çox gözəl qadındır.

6. Taiti

Taitidə uzun zaman belə bir ənənə mövcud olub ki, gənc qızları çox yedizdirirdilər. Bu, onların daha tez şişman olmasına gətirib çıxarır. Daha sonra gənc qadını qəbilə başcısına göstərirdilər. Başçı da onun gözəlliyinə və cazibədarlığına qiymət verirdi.
İndi isə Taitidə belə ənənələr olmasa da, cüssəli və dəyirmi sifətli qadınlar yerli kişilər tərəfindən yüksək qiymətləndirilir.

7. Mavritaniya

Bu ölkənin əhalisi quru və sərt iqlim zonasında yaşayır. Onun üçün də burada ərzaq qıtlığı yaşanır. Buna görə də, hər bir kök insan burada sağlam və ehtiyacsız sayılır.
Şişmanlıq qadınlara daha çox şamil edilir. Hər gün gənc qadın öz cazibədarlığını saxlamaq üçün yağlı dəvə südü içməyə məcburdur.
Burada çox tez-tez dünyaya uşaq gətirən qadınlar ərləri tərəfindən atılırlar. Kişilər bu addımı qadınlar dünyaya uşaq gətirdikdən sonra əvvəlki kimi cüssəli olmadıqları üçün atırlar.
Aygün Səfərli



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir