kok

Köklük: virus yoxsa səhv qidalanma?

Baxış sayı: 1. 932

Yeni Zelandiyanın Ouklend Texnologiya Universitetindən (Auckland University of Technology in New Zealand) olan alimləri inkişaf etmiş 30 dünya ölkəsində insanların artıq çəkisi ilə bağlı reytinq müəyyən ediblər.

Daha çox piylənmişlərə ABŞ və Böyük Britaniyada rast gəlinib – bu ölkələrdə təxminən 87 faiz kişilər və 75 faiz qadınlar artıq piylərdən əziyyət çəkir.

Alimlər qeyd edirlər ki, kök insanların sayı ildən-ilə artır. Piylənmə cavanlaşır də daha çox qızları cənginə alır. İnkişaf etmiş ölkələrdə məktəblilərin demək olar ki yarısının artıq çəkisi var. Konkret olaraq ABŞ və Böyük Britaniyada köklər daha çoxdur. Artıq piylər əsasən qarınlarda müşahidə edilib.

Həkimlər həyəcan təbili çalaraq xəbər verir ki, bu cür piylənmələr gənc qızların böyüdüyü dönəmdə bir sıra fəsadlar qaçılmazdır. Eyni zamanda, məktəblilərdə qarın piylənmələri diabet, qaraciyər, habelə hamiləlik zamanı ürək xəstəliyinin olması risqi böyükdür.

Alimlər piylənməni bütün ölkələrdə qərbsayağı anormal qidalanma ilə əlaqələndirirlər. Koreyalıları, çinliləri nümunə göstərərək “fast food” adlandırdığımız qidalardan uzaq durmağı tövsiyyə edirlər. Şərq qidalanma modeli isə çoxlu balıq və tərəvəzdir.

 

BAŞQA RƏY – VİRUSLAR

Əvvəlki qlobal araşdırmalar zamanı aşkar olunub ki, dünya əhalisinin 76 faizi artıq çəkidən əziyyət çəkir. Köklər təkcə inkişaf etmiş ölkələrdə deyil, eyni zamanda zəif təminatlı ölkələrdə də geniş yayılıb. Onların sayı artmaqdadır. Belə təəssürat yaranır ki, sanki piylənmə epidemiyası yayılır.

Viskonsin (ABŞ) Universitetindən həkim Ley Uiqxemə inansaq, bütün dünyada eyni vaxtda kök adamların sayının artmasını yalnız səhv qidalanma və az hərəkətli həyat tərzi ilə əlaqələndirmək düzgün deyil.

Görünür piylənmə insandan insana ötürülür. Amma necə? İstisna deyil ki, adenaviruslarla – bayağı soyuqdəyməni törədən mikroblarla.

Leyin apardığı tədqiqatın nəticələrinə görə, məhz adenaviruslar yağ hüceyrələrinin böyüməsinə və çoxalmasına fəal şəkildə təsir edir. Amerikalıların məsələn, 20 faizi adenavirusları yoluxub. Və virus aşkarlananlar bir qayda olaraq, şişman adamlardır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir