tomoqrafiya

Kompüter tomoqrafiya (KT) müayinəsi etibarlıdırmı? – HƏKİM YAZIR

Baxış sayı: 1. 647

Kompüter tomoqrafiyası (KT) müasir təbabətdə ağciyər xəstəliklərinin diaqnostikasında ən əsas müayinə metodlarından biridir. Ancaq müayinə zamanı şüalanmaya məruz qalma və bununla əlaqədar ağciyər xərcəngi riskinin olması haqlı narahatçılığa səbəb olur.

Kompüter tomoqrafiya (KT)

Hazırda bütün dünyadakı xərçənglərin 1-2% -nin radioloji müayinələrlə bağlı olduğu düşünülür. Əslində isə mobil telefonlar, kompüterlər, hətta saç qurutma cihazları belə radiasiya verir, lakin bu cihazlarda şüalanmanın az olması ehtimal olunur. Şüalanmanı ölçmədə istifadə olunan ölçü vahidi milisivert (mSv)-dir. Bir proyeksiyalı ağciyər rentgenində məruz qalınan şüalanma 0,02 mSv-dir. Halbuki 6 saat təyyarə səyahəti zamanı bunun 2 qatı qədər şüa alınır. KT müayinəsində isə 5-7 mSv şüalanma olur. Doğrudur, hansı dozada şüalanmanın xərçəng əmələ gətirdiyi dəqiq bilinmir. Amma xərçəng xəstəliyi ilə şüalanma arasında düz mütənasibliyin olduğu dəqiq bilinir. Ağciyər KT-nin digər riski də ağciyər KT-nin digər riski də qalxanabənzər vəzi və süd vəzilərinin şüaya məruz qalmasıdır. Ona görə də ehtiyac olmadan kontrol müyinələr üçün KT müayinəsi etdirmək doğru deyil. Əgər mütləq tibbi göstəriş yoxdursa ildə 2 dəfədən artıq KT müayinəsi məsləhət görülmür.

 

Dr. Coşqun Məmmədli, həkim-pulmonoloq




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir