tanaqrafiya

Kompüter tomoqrafiyasının zərərləri

Baxış sayı: 783

“Özünüz KT müayinəsi etdirməyin. KT diaqnostik məqsədlə o vaxt etdirilir ki, test neqativ çıxsın, amma xəstədə öskürək, yüksək hərarət, hava çatışmazlığı olsun və həkim diaqnoz qoymaqda çox çətinlik çəksin. Bilin ki, KT həddən artıq zərərli müayinədir”.

Bu sözləri tanınmış həkim, anestezioloq-reanimatoloq Şahin Məmmədov deyir.

 

 “Evdə, ya xəstəxanada, fərq etməz, 5%-li qlükoza sistemi qoşmaq yalnız hipernatriemiya və hiperkaliemiyanın müalicəsi zamanı düzgün ola bilər. Qalan hallarda xəstəyə qlükoza məhlulu təyin etmək savadsızlıqdır.

Testi pozitiv çıxmış xəstələrin başlanğıc müalicəsində “Deksametazon” təyin etmək də çox kobud səhvdir. İkincili infeksiya riskini artırır. “Deksametazon” ancaq xəstəxanaya düşmüş xəstələrdə ikinci – immunoloji mərhələyə inkişaf etmiş ağır xəstələr üçündür”, – həkim qeyd edir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir