moldova

“Konuktor əyləşən gəncləri ayağa qaldırır” – Azərbaycanlı jurnalist Kişinyovdan yazır

Baxış sayı: 942

Bakı ilə müqayisə belə edilməyəcək şəhərdir. Bakı həqiqətən möhtəşəmdir! Əsas ictimai nəqliyyat trolleybusdur. Avtobus nadir halda görə bilərsiniz. Hər trolleybusda bir konduktor var və o, hər dayanacaq arasında nəqliyyatın içərisində hərəkət edir və yeni minənlərə bilet satır. Konduktorların demək olar ki, hamısı ya orta yaşlı qadınlar ya da cavan qızlardır. Əllərində topa halında sarınmış biletlərlə növbəti “ovunu” gözləyir. Bir nəfərin gediş haqqı 2 ley (20 qəpik) təşkil edir. Cavanlar demək olar ki, ayaq üstə səyahət edir. Əyləşsələr belə, ya konduktor vasitəsilə ya da birbaşa yaşlılar onları qaldırır ki, özləri otursun. Şəhərdə ən yaxşı əlamətlərdən biri sürücü və piyadaların yol hərəkəti qaydalarına ciddi şəkildə riayət etməsidir. Kişineu Avropada yerləşsə də, görünən odur ki, bura avropalılıq hələ uzun illər gəlməyəcək. İstər insanları, istərsə də şəhər bunu deməyə əsas verir. Bakıdan fərqli olaraq buranı yaşıllıqlar şəhəri adlandıra bilərik. Şəhər sanki meşə ilə əhatələnib. Bakıdan bir fərqi də odur ki, Kişineuda avtomobil sayı azdır və buna görə də, demək olar ki, tıxaca düşə bilməzsiniz. Şəhər əhalisi həddindən artıq soyuq, quru adamlardır. Biz burada qonaq olsaq da, gördüklərimizdən elə bir məna çıxırdı ki, sanki yerli əhali də elə burda qonaq kimidir. Kişineuda mərkəz deyilən yalnız bir küçə var. Bu prospektdə də nazirliklərin və digər dövlət əhəmiyyətli qurumların binaları yerləşir. Həmin küçə Sumqayıtdakı “Göyərçin heykəli” olan ərazini xatırladır. Bircə dəniz qırağı deyil. Mağazalar və Mərkəzi Univermaq da elə bu küçədə yerləşir. Mağaza demişkən, qiymətlər çox baha olmasa da, çox keyfiyyətiz məhsullar var. Elə ki, axşam saat 21.00 oldu, bütün mağazalar bağlanır və şəhər “ölür”. 24 saat işləyən market və ya supermarket tapmaq üçün xeyli gəzməli olacaqsınız. Gecə saatlarında küçədə çox az adam olur ki, onların yarıdan çoxu ya içki içir, ya da trolleybus gözləyir. Burada turistə ümumiyyətlə rast gəlmədik. Bu da ölkəni görmək istəyənlərin yox dərəcəsində olmağından xəbər verir. Bəs qidalanma? Milli mətbəxləri bərbaddır. Düşünürəm ki, heç bir azərbaycanlı burada yediyi hər hansı yeməyi, ikinci dəfə sifariş verməz. Şəhərdə 1-2 yerdə türk restoranları var, orada bir az ağız dadınıza uyğun yeməklər tapa bilərsiniz. 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir