cbt

Koqnitiv Davranış Terapiyası haqda bilmədikləriniz – PSİXOPEDAQOQ YAZIR

Baxış sayı: 501

Koqnitiv Davranış Terapiyası və ya qısaldılmış CBT (ing CBT) psixi sağlamlığın yaxşılaşdırılmasına yönəlmiş psixo-sosial terapiya intizamıdır. İlk dəfə 1955-ci ildə Albert Ellis tərəfindən Rasional Psixoterapiya olaraq bu gün bütün koqnitiv davranış terapiyalarının əsasını təşkil edən ABC Modeli ilə təqdim edilmişdir (Artıran, 2015).Onun dəyişdirilməsi və daha sağlam və faydalı düşüncə formaları ilə əvəz edilməsi məqsədi daşıyır. Bu üsulla fərdə öz duyğularını və düşüncələrini düzgün idarə etmək öyrədilir. Əvvəlcə depressiyanın müalicəsinə diqqət yetirən CBT, sonralar bir çox psixoloji xəstəliklərin müalicəsində istifadə olunmağa başlanmış və müsbət təsirləri elmi araşdırmalar tərəfindən saysız-hesabsız qəbul edilmişdir. Xüsusilə narahatlıq, depressiya, fobiya və obsesyonlarda ən güclü psixoterapiya yanaşması olaraq görülür. Koqnitiv Davranış Terapiyası Koqnitiv Psixologiya və Davranış Psixologiyasının əsas prinsip və yanaşmalarının bütöv şəkildə idarə olunduğu bir terapiya üsuludur. Əvvəlki psixoterapiya yanaşmalarından fərqli olaraq, CBT tamamilə “problem mərkəzli” və “hərəkət mərkəzli” bir yanaşmadır. CBT-yə görə, bir çox psixoloji pozğunluqların kökündə koqnitiv təhriflər, yanlış və irrasional düşüncələr, davranış səhvləri dayanır və bu amillər psixoloji pozğunluqların daha da irəliləməsinə səbəb olur. Bu düşüncə proseslərini və davranış modellərini dəyişdirmək psixoloji pozğunluqların həllində əsas rol oynayır. Bir çox araşdırmalar sübut etdi ki, CBT ən az yüngül depressiya və narahatlıq, stress sonrası travma pozuqluğu, tik pozğunluqları, maddə istifadəsi, yemək pozğunluğu və sərhəd şəxsiyyət pozğunluğu kimi şərtlərdə dərman müalicəsi qədər təsirli olur.

Koqnitiv terapiya müxtəlif psixopatoloji nəzəriyyələr və terapiya proseslərindən təsirlənmişdir. Nəzəri səviyyədə ona ilk növbədə üç mənbə təsir etdi: psixologiyada fenomenoloji yanaşma, struktur nəzəriyyə və dərinlik psixologiyası və idrak nəzəriyyəsi.

Fenomenoloji yanaşmaya görə, fərdin özünə və şəxsi dünyasına baxışı əsasən onun davranışını müəyyən edir. Bu konsepsiya Kantın şüurlu subyektiv təcrübəsinə və Adler, Alexandre Horney və Sullivan kimi daha müasir yazıçıların fikirlərini vurğulayır.

ulviyye efendiyeva

– İkinci mühüm təsir struktur nəzəriyyəsi oldu. Xüsusilə, Freydin . O, şüuru ilkin və ikinci dərəcəli proseslər daxilində iyerarxik olaraq təşkil olunmuş kimi konseptuallaşdırdı. İlkin proses düşüncəsi psixoloji sıxıntı zamanı gedən sərt və primitiv idrak prosesinə bənzəyir. İkinci dərəcəli proses koqnitiv terapiyanın “normal” kodlaşdırma sistemi olaraq gördüyü şeydir.

Onun vacib gördüyü üçüncü şey, emosional və davranış dəyişikliyində idrakın roluna üstünlük verən və davranış dəyişikliklərində inancların rolunu işıqlandıran son işidir .

Beck, koqnitiv nəzəriyyənin on prinsipini sadaladılar: 1) Billssel terapiya affektiv pozğunluqların koqnitiv modelinə əsaslanır. 2) Qısa və zaman baxımından məhduddur. 3) Zəruri şərt kimi sağlam terapevtik əlaqəyə əsaslanır. 4) Bu, terapevt və danışan arasında birgə səydir. 5) Əsasən sokratik üsuldan istifadə edir 6) Strukturlaşdırılmış və istiqamətləndiricidir. 7) Problem yönümlüdür. 8) Təlim materialına əsaslanır. 9) Nəzəriyyə və üsullar induktiv modelə əsaslanır. 10) Ev tapşırıqlarından istifadə mərkəzi rol oynayır.

 

Psixopedaqoq, loqoped Ülviyyə Əfəndiyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir