sevgi

Korona günlərində eşq: Necə edək ki, karantin sevgini bitirməsin?

Baxış sayı: 946

Bəzi cütlüklər ortaq bir təhdidə qarşı, müvəqqəti də olsa, bir-birlərinə yaxınlaşa və çətin zamanların öhdəsindən gəlmək naminə daha da möhkəmlənə bilər. Bu cür cütlüklərdə problemlər işlərin yenidən öz məcrasına qayıtdığı dönəmdə ortaya çıxacaq.

Digər cütlüklərdə problemlərə fərqli yanaşma tərzi münaqişələri kəskinləşdirə bilər. Sağlamlıqla yanaşı, koronavirus büdcəmizə də ciddi ziyan vurduğu üçün, bir çox münasibətlərdə gələcəklə bağlı təhlükəsizlik, güvən çatışmazlığı özünü büruzə verəcəkdir.

 

Bir-birinizə nəfəs almağa imkan verin

Hər birimizin sadəcə özümüzlə tək qalmaq istədiyimiz zamanlar olur, bəzən yox olmaq, ya da ətrafdakı hər kəsin yox olmasını istəyirik. Eyni hislər qarşı tərəfdə də baş qaldıra bilər. Karantin günləri kimi günlərcə evə qapandığımız dönəmlərdə isə əgər tənha yaşamırsınızsa, evdəkilərin əlindən qurtulub tək keçirtmək istəyidiniz zaman sayı daha da çoxala bilər. Çünki ənənəvi olaraq getdiyimiz bir çox məkanlar, etdiyimiz fəaliyyətlər (idman, film, nahar və s.) məhdudlaşıb. Bu cür evdə qalmağa isə vərdiş etməmişik. Həm özünüzə, həm də qarşı tərəfə ara-sıra şəxsi zaman fasilələri yaradın.

 

Yalnız qalmaq istəyən partnyorunuzun seçiminə hörmətlə yanaşın. Onlara qarşı passiv və ya aqressiv mövqe tutmayın.

Woman Wearing Floral Dress While Sitting on Bed

Özünüzə qulluq üçün zaman ayırın

Evdəki hüzuru yaratmaq və qorumaq üçün duyğusal nizam yaratmaq sizdən asılıdır. Siz müxtəlif canlı yayımları təqib edərək yoqa, meditasiya edə, saç və ya cild baxımı həyata keçirə bilərsiniz. Düşünün, ömrünüzdə ilk dəfə sizə məhz özünüzə qulluq üçün zaman veriblər. Bundan niyə də faydalanmayasınız ki?

 

Bir-birinizdən sıxılma ehtimalları da varmı?

Əlbəttə, bəzi cütlüklər üçün bəlkə də bütün münasibət dönəmində ilk dəfədir ki, birlikdə bu qədər zaman keçirirlər. Ona görə də, birliklə edə biləcəyiniz fəaliyyətlər siyahısı hazırladıq.

Man and Woman Doing Yoga

 

  1. Axşam saatlarında hər ikinizin zövqünə uyğun film və ya serial saatları təşkil edin.
  2. Oxuduğunuz kitabların xülasəsini bir-birinizə danışın, baxış bucaqlarını müqayisə edin.
  3. Bəzən yeməkləri birlikdə hazırlayın, bu çox əyləncəli olur. Çoxdandır “hazırlanması çox vaxt alır” dediyiniz təamları hazırlayın.
  4. Birlikdə oyunlar – şahmat. nərd, domino, playstation, kart, monopoliya və ya onlayn oyunlar da oynaya bilərsiniz.
  5. Uşaqlar üçün nağıl gecələri və ya kitab gecələri təşkil etmək, həmçinin uşaqların da iştirak edəcəyi oyunlar fikirləşmək olar. Bacarsanız uşaqlar üçün səhnəciklər, kiçik ev tamaşaları edə bilərsiniz.Photo Of Man Sitting On Wooden Floor
  6. Post böhran dövrünü planlayın, bir-birinizin arzularını öyrənin, birlikdə səyahət planları qurun, karantin bitəndən sonra edəcəyiniz sərgüzəştlərin siyahısını hazırlayın.
  7. Kofe saatı edin, maraqlı kokteyllər və ya içkilər hazırlayın, improvizasiya edin, çayla içmək üçün asan hazırlanan şirniyyatlar hazırlayın.
  8. İdman saatları müəyyən edib, qarşılıqlı məşqçilik edərək birlikdə idman edə bilərsiniz. İdmandan sonra birlikdə duş almaqla bu idman məşğuliyyətini daha əyləncəli bir hala gətirə bilərsiniz.
  9. Eyni bir onlayn kursa yazılın, bir-birinizi motivasiya edin, tapşırıqları birlikdə yerinə yetirin, mövzuları müzakirə edin, karantin bitmiş olanda özünüzü təkmilləşdirmiş olacaqsınız.

 

Ayrı-ayrı məkənlarda karantində olanlar necə?

Gözdən uzaq olan, könüldən də uzaq olurmu? Məsafə sevgini öldürürmü?

Bəzi cütlüklər isə fərqli məkanlarda karantinə məruz qalmaqla sınağa çəkiliblər, söhbət təkcə virusa yoluxanlardan getmir, müxtəlif səfərlərə getmək və qayıtmaq  məcburiyyətində olan insanlar 14-21 günlük karantin dövründədirlər.

Belə vaxtlarda internet köməyimizə çatır, evdə deyil, məhz karantin bölgəsində olan sevdiyinizi şəxsi dəstəkləmək üçün onunla sosial ünsiyyəti artırmağınız gərəkdir, video zənglər edə, şəkillər göndərə, uzun-uzun söhbətləşə bilərsiniz. Qəribə olsa da, onlayn bir nahar və ya şam yeməyi çox səmimi görünə bilər. Bu stresli günlərdə bir-birimizə dəstək olmalı, bu epidemiyanı ruh yüksəkliyi ilə dəf etməliyik.

Photo Of Man Kissing Woman

Bir-birinizi cinsəl münasibətə məcbur etməyin

Bir çox insanlar mövcud virus faktoru ilə əlaqədar olaraq, yoluxma və ya infeksiya qorxusundan cinsi münasibətə girməkdə çətinlik yaşayır, yəni qorxu qeyri iradi olaraq təhtəl-şüura işləmiş ola bilər. Ona görə də bir-birinizi bu səbəbdən qınamayın. Özünüzü rədd edilmiş hiss etməyin. Qarşı tərəfin imtina səbəbini anlayışla qarşılayın. Seçiminə hörmət edin. 

Sağlam cinsi həyat istənilən bir ailənin – cütlüyün münasibətlərinin təməl elementlərindən biridir. Epidemiyanın yaratdığı stress səbəbindən cütlüklərin cinsi həyatda durğunluq yaşaması təbii haldır. Unutmayın ki, bu əlaqə hər zaman qarşılıqlı istəkdən irəli gəlməlidir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir