Koronavirus

Koronavirus əleyhinə dərmanlar effektivdir?

Baxış sayı: 614

Rusiyalı alim Arkadi Dvorkoviç hesab edir ki, koronavirusla mübarizədə istifadə olunan dərmanlardan möcüzə gözləməyə dəyməz.

Alim vətəndaşları COVID-19 ilə mübarizədə universal dərman yaradılmasına ümid etməməyə çağırıb. O, bu istiqamətdə araşdırmaların bütün dünyada aparıldığını, lakin indiyə qədər heç bir irəliləyiş əldə olunmadığını etiraf edib. Dvorkoviçin sözlərinə görə, koronavirusun müalicə protokolu hər bir insanın immun sistemi ilə daha çox əlaqəlidir, yəni fərdidir.

“Müalicə və bərpa dövründə fərqli dərmanlar və fərqli profilaktika tətbiq olunur, hər şeyi müalicə edəcək sehrli dərman yoxdur”, – alim bildirib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir