koronavirus

Koronavirus haqqında yayılan MİFLƏR və FAKTLAR

Baxış sayı: 833

İnsan psixikası elə qurulub ki, ən yaxşısına inanmaq istəyir. Son zamanlarda isə şad xəbərlərə daha çox ehtiyacımız var. Təəssüf ki, bu reallıqdır. Bəlkə elə deyil? Bəlkə koronavirus pandemiyasının təhlükəsi həddindən artıq şişirdilib?

Virusun yayılması haqqında çox versiyalar irəli sürülür. Bəziləri onun təhlükəli və ölümcül olduğunu düşünmür. Bir çoxları hesab edir ki, bu virus qripdən daha təhlükəli deyil. Bu cür versiyaların müəllifləri arasında yalnız tibbdən uzaq olan politoloqlar və iqtisadçılar deyil, həkimlər də var.

Xüsusilə son günlərdə piterli terapevt Aleksandra Novoselovanın sosial şəbəkədə paylaşımı böyük müzakirlərə səbəb olub. O, hesab edir ki, xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə görülən tədbirlərin bir çoxu effektsizdir:

“Sosial şəbəkələrdə insanların karantin rejimi və özünü təcrid etmək sayəsində virusdan xilas olacağı ilə bağlı hədsiz sadəlövh ümidləriylə qarşılaşıram. Evdə qalaq! Virus bizi tapmayacaq! Kütləvi informasiya vasitələri də onlara səslənir ki, evdə oturun, yoluxmayın və yoluxdurmayın! Virusu aldatmaq mümkün deyil. Çoxdan məlum olan bir epidemioloji qayda var. Əhalinin yarısı xəstələnməsə və ya respirator xəstəliklərə qarşı peyvənd tapılmayana qədər pandemiya dayanmayacaq”.

Terapevt əmindir ki, dünyanın bir çox ölkəsinin səlahiyyətlilərinin insanları kütləvi şəkildə təcrid çağırışları mənasız və hətta zərərlidir:

“Dünyada insanlar virusa nə qədər sürətli yoluxsa, ona qarşı immunitetin yaranması prosesi bir o qədər tezləşəcək. Əlbəttə ki, karantin eyni vaxtda xəstələrin ümumi sayını azaldır, amma 2-3 həftədən sonra evdən çıxanda onsuz da bu xəstəliyə yoluxacaq”.

“Gencaile.az” saytı  “kp.ru”-ya istinadən xəbər verir ki, rusiyalı immunoloq, ictimai sağlamlıq və beynəlxalq səhiyyə sahəsi üzrə ekspert, tibb elmləri namizədi Nikolay Kryuçkov həmkarının bu iddialarına cavab verib. Ekspertin koronavirusla bağlı görülən tədbirlər haqqında fikirlərini təqdim edirik:

“İndiki pandemiya dövründə dünyada yeni infeksiyaya qarşı mübarizə üçün üç strategiya tətbiq olunur. Birinci yanaşma – qoy insanlar kütləvi şəkildə xəstələnsin və təbii şəkildə kollektiv immunitet yaransın. İkinci seçim – yoluxmuş şəxslərin aşkarlanması və onların karantinə yerləşdirilməsi. Üçüncü yanaşma – universal karantin və sınaqdır.

İlk yolla getməyə qərar verən ölkələr var. Məsələn, Niderland, Böyük Britaniya, Almaniya, İsveç. ABŞ uzun müddət tərəddüd etdi. Nəticədə, çox keçmədən yeni xəstəliklərin və ölüm hallarının sayı artdı və bu ölkələr üçüncü yola başladılar. Ancaq artıq gecikmişdilər.

Bəli, ikinci yanaşma bəzi ölkələrdə – məsələn, Sinqapur və Cənubi Koreyada da tətbiq olundu. Ancaq orada epidemiyanın ilk günlərindən fəal işləməyə başladılar və xüsusi üstünlüklərdən istifadə etdilər. Bunların arasında, xüsusən də mobil rəqəmsal texnologiyaların yüksək səviyyədə inkişafı dayanır. Təcrübə artıq inandırıcı şəkildə göstərdi ki, karantin tədbirləri görülmədən “immun qatının” meydana gəlməsini gözləmək on minlərlə insanın ölümünə və COVID-19-un ağır nəticələrinə yol açır”.

Ekspertin sözlərinə görə, xüsusi həssas qruplar üçün təcrid olunmuş karantin təəssüf ki, təcrübədə təsirsizdir. Odur ki, səhiyyə sistemlərinin ağır vəziyyətlərin öhdəsindən gəlməsi üçün pandemiyanı yavaşlatmaq vacibdir. Yeri gəlmişkən, bu müddət ərzində koronavirusa qarşı effektivliyi sübut edilmiş dərmanların tapılması da istisna deyil.

“Ümumiyyətlə, baş verənləri bir növ “beynəlxalq psixoz” kimi qiymətləndirirəm. Çünki bu virus bütövlükdə sivilizasiya üçün real risk daşımır. Xəstələrin çox az faizi ölür. Əslində bu, qrip səbəbilə ölüm halları ilə müqayisə edilə bilər”, – deyə terapevt Aleksandra Novoselova deyir. Üstəlik, onun sözlərinə görə, koronavirusdan əziyyət çəkən ağır xəstələrin sayı son dərəcə azdır. Qalan hər kəs xəstəliyi yüngül və ya orta ağırlıqda keçirir. Ya da ümumiyyətlə xəstələnmir.

“Ancaq vahimə, qorxu viral infeksiyaların yayılma və şiddətlənməsinə kömək edir. Çünki qorxu zamanı çox sayda stress hormonu, kortizol istehsal olunur. Bu hormon immunitet sistemini iflic edir, müdafiə və nəzarət mexanizmlərini sıxışdırır: qoruyucu antikorların sintezinə maneə törədir, viruslara hücum edən hüceyrələrin aktivləşməsini əngəlləyir və s. Lakin endorfinlər (sevinc və məmnuniyyət hormonları) immun sistemini aktivləşdirir”, – deyə terapevt Novoselova açıqlamasından qeyd edib. O, səlahiyyətliləri ağlabatan tədbirlər görməyə çağırır.

“Vahimə pandemiya ilə mübarizədə həqiqətən pis təsir edir”, – deyə Nikolay Kryuçkov Aleksandra Novoselova ilə razılaşır. Lakin immunoloq bu fikirdədir ki, vahimə və çaxnaşmanın immun sisteminə təsiri və virusa qarşı müqaviməti azaltması açıq şəkildə şişirdilib:

“Zərərlərə gəlincə, indi pandemiya sürətlənib. Yüksəlmə mərhələsindəki ölkələrin böyük əksəriyyətində bəzi ekspertlər ən pik həddi qeydə alırlar. Yəni problemin həlli təəssüf ki, hələ uğurlu nəticəyə yaxınlaşmır. Üstəlik, dünyada artıq 1,7 milyondan çox yoluxmuş və 44 mindən çox ölən var”.

N.Kryuçkov koronavirusun ölüm əmsalı göstəricisini qriplə müqayisə etməyin doğru olmadığını qeyd edib.

Novoselova isə virusa yoluxma riskindən narahat olanları inandırır ki, təşvişə düşməyə gərək yoxdur:

“Qrip virusu 2-3 infeksiya qabiliyyətinə malikdir, koronavirus 3-4, qızılca 12-16. Qızılca daha çox yoluxucudur! Ailənizin bir üzvü xəstə ilə təmasda olsa da, çox narahat olmayın. Virusun insan bədənindən kənarda sağ qalma müddəti 3-4 saat arasındadır. Odur ki, evə gələn adam əşyalarını 3-4 saat açıq havada saxlasa, heç bir problem olmayacaq. Virus təhlükəsiz şəkildə öləcək”.

Publika.az

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir