Koronavirus

Koronavirus ŞEYTANDIR – Sağalan xəstələrin QEYRİ-ADİ ŞİKAYƏTLƏRİ

Baxış sayı: 665

Uzun müddət koronavirus xəstəliyindən müalicə olunan insanlar sağaldıqdan sonra qəribə simptomlar yaşamağa davam edirlər.

“Gencaile.az” saytı “Publika.az”-a  istinadən xəbər verir ki, Böyük Britaniyadan olan iki uşaq anası Toni Frank aprel ayında xəstəxanaya müraciət edib və yeddi həftə müalicə alıb. Ancaq xəstəxanadan çıxdıqdan sonra da qadın xoşagəlməz simptomlardan əziyyət çəkməyə davam edib.

“Hələ də ağciyərimdə zədələnmə, ürək çatışmazlığı, iybilmə duyğusunun yox olması, xroniki yorğunluq və astma var. Daim boğuluram və bir çox sinə infeksiyaları diaqnozu ilə yenidən xəstəxanaya yerləşdirildim. Koronavirus şeytandır” , – xəstə qeyd edib.

56 yaşındakı Meri Flinn də uzun müddət koronavirus müalicəsi alıb. Xəstəxanadan çıxdıqdan sonra qadın daim yorğunluq, oynaqlarda ağrı və barmaqlarda uyuşma hiss edib.

“Mənim, ümumiyyətlə, enerjim yoxdur. Sadəcə pilləkənlərlə qalxanda yarıda dayanmalıyam. İndi bir iş görmək bütün günümü aparır”, – Meri şikayətlənib.

İnfeksiyanın uzunmüddətli gedişatının daha çox əmək qabiliyyətli yaşda olan insanlara təsir etdiyi qeyd olunur, nəinki 18 yaşınadək və ya 65 yaşdan yuxarı olanlara. Çox güman ki, qadınlar kişilərə nisbətən daha həssasdır.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir