Koronavirus

Koronavirus telefon ekranında 28 gün qala bilir

Baxış sayı: 686

Avstraliyada aparılan bir araşdırma koronavirusun hər hansısa bir səthdə 28 gün qala bildiyini ortaya çıxarıb.

Aparılan araşdırmalar zamanı məlum olub ki, virus plastik əşyalarla müqayisədə, kağız əşyaların üzərində daha uzun müddət qalır.

Bundan başqa, məsaməli səthlərdə daha az qalır. Mütəxəssislər ultrabənövşəyi şuaların virusun səthdəki təsirini azaltdığını deyib. Buna görə də virus açıq mühitdə daha tez yox olur.

Araşdırmalara görə, virus cib telefonu kimi hamar yerlərdə 28 gün qala bilir.

Eyni şərtlər daxilində adi qrip virusu 17 gün qalır.

Alimlər araşdırmanı 30 və 40 dərəcə istilikdə etdiklərini, temperatur artdıqca virusun təsirinin azaldığını da bildiriblər.

Araşdırmaçılar bəzi ölkələrdə epidemiyanın ət kəsimi müəssisələrində niyə daha çox baş verdiyini də ortaya qoyub. Məlum olub ki, virus sərin və soyuq yerlərdə daha davamlıdır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir