koronavirus

Koronavirus uşaq xəstəliyinə çevrilə bilər – ARAŞDIRMA

Baxış sayı: 662

Alimlərin pandemiyanın gələcəyi ilə bağlı apardıqları araşdırmalar, koronavirusun daha çox peyvənd edilməmiş uşaqlara təsir edən bir xəstəliyə çevrilə biləcəyini göstərib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) verdiyi məlumatlara uyğun olaraq, tədqiqatçılar fərqli demoqrafik quruluşa malik 11 ölkədə xəstəliyin ağırlığını araşdırıblar. Tədqiqatçılar, koronavirusun gələcək illərdə  virusa yoluxmamış və ya hələ peyvənd edilməmiş uşaqlara yoluxacağını ortaya çıxarıblar.

Koronavirusun böyüklər arasında daha şiddətli yayıldığı, yaşla birlikdə ölüm riskini artırdığı hamımıza məlumdur. Amma önümüzdəki illərdə koronavirusun digər viruslar və qriplər kimi, əsasən peyvəndlənməyən uşaqlar arasında yayılacağı gözlənilir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir