IS

Koronavirusa görə evdən çalışanlara önəmli məsləhətlər: 5 TƏSİRLİ ÜSUL

Baxış sayı: 881

Koronavirusa görə artıq minlərlə insan böyük ehtimalla evdən işləməyə başlayacaq. İngiltərədə 1.5 milyon insan isə onsuz da davamlı olaraq, evdən işləyir və evdən işləmə tendensiyası gedərək artır. 

Musavat.com BBC Türkcəyə istinadən xəbər verir ki, bu sistemdə çalışanlar üçün maraqlı məsləhətlər verilib. Məsələn, ortaya xeyli sayda suallar çıxır: Evdə özünüzü karantinə almağınız lazım gəlmir və evdən işləməniz istənilirsə, həm təsirli çalışmaq, həm də əhval-ruhiyyəni yüksək tutmaq üçün nə etmək lazımdır?

 

1. Geyinin

Bəzi insanlar gün boyunca pijama ilə gəzməyi sevdiyi üçün evdən işləməyi xoşlayır. Amma səhər saatlarında bir duş alıb geyinmək insanın ruh halını gücləndirəcəyi kimi insanı psixoloji olaraq da işə hazırlayır.

Xüsusən evdən videokonfrans üçün bağlanmaq lazım gəldiyi zaman yaxşı geyinmiş olmağın işə yaradığını deyənlər də var. Amma rəsmi geyinmək lazım gəlmədən, sadəcə iş havasına girmək üçün belə yuxu və istirahət assosasiyası yaradan pijamalardan qurtulub, bir şalvar və köynək geyinmək də işə yarayır.

Ayrıca düzgün geyinmək evdən çıxmağı da təşviq edər. Eyni şəkildə, iş bitəndə beynə bu mesajı vermək üçün geyimi dəyişdrib daha rahat geyinmək də tövsiyyə edilir.

uyanan kadın

2. Sərhədləri müəyyənləşdirin

Bir şirkətdə çalışırsınızsa, iş saatlarınızın müəyyənləşmiş olması lazımdır və evdən çalışanda da buna uyğunlaşmaq vacibdir. Ofisə getdiyiniz saatda evdə işə başlayıb, ofisdən çıxış saatınızda da işi bitirin.

Evdən sərbəst işləyən insanlar da müəyyən bir rutində yapışmağın və müəyyən saatlarda yatmağın vacibliyini vurğulayırlar. Evdən işləməyin ilk həftəsində bəzi çətinliklər mümkün olsa da, qısa müddətdə bu gündəlik bir vərdiş halına gələ bilər.

Evdən işləyərkən oturacağınız oturacaq və masanın uyğun olması və klaviaturanın biləkləri və qolun aşağı hissəsini yerə paralel tutması üçün uyğun bir yerdə olması vacibdir. Evdə başqaları varsa, masanızı narahat olmayacağınız bir küncə qoymalısınız.

Burada professor Robert Kellinin BBC-yə müsahibəsi zamanı baş verənləri xatırlamağa dəyər. Müsahibə zamanı iki uşağı otağa “basqın etdi” və bu videoya 30 milyondan çox baxış oldu.

Mütəxəssislər deyirlər ki, evdən işləyərkən bəzi şeyləri əskik etmək və ya bir az daha narahat olmaq kimi hiss etməməlisən və ya işləmək məcburiyyətində olmadığın kimi hiss etməməli, həmkarlarınla daha çox ünsiyyət qurmalısan.

 

bisiklet süren kadın

3. Evdən çıxın (karantində deyilsinizsə)

Evdən işləmək, gün boyu evdə qalmağı tələb etmir. Gedib, bir az gəzib, təmiz hava almaq da zehni stimullaşdırır və insan yeni bir hava ilə işləməyə başlayır.

Bəziləri işə başlamaq hissi əldə etmək üçün günün əvvəlində bunu etməyi sevirlər. Evin ətrafında gəzinti və sonradan işdə oturmaq bir üsul ola bilər.

Çölə çıxa bilməyənlər işə başlamaq əhvalı yaratmaq üçün ofis havasını evə gətirə bilər. Bəziləri bunu ətraf mühit səsi yaradan proqramlar ilə etdiyini söyləyirlər: hərəkətdə olan qatarın səsi və ya kafedə mühit səsi kimi…

telefonuna bakan kadın

4. Zəng edin

Evdən işləyərkən çox güman ki, tək olacaqsınız və işinizi kəsən amillərlə, məsələn, həmkarlarınızın söhbəti və ya ofis səs-küyü ilə qarşılaşmayacaqsınız.

İş yerində işləyərkən həmkarlarınızla ünsiyyət qurursunuz, ancaq evdə işləyərkən gün ərzində heç kimlə danışmamanız şansı var və bu, təcrid hissi yaradır.

Bunun üçün mesaj və ya e-poçt göndərmək əvəzinə telefonu götürmək və danışmağa üstünlük verilir.

Gün boyu tək işləyərkən danışmaq müsbət təsir göstərəcək və insanı daha məhsuldar edəcəkdir.

Evdən işləyən bəzi müəssisələr hər gün bir tədbir olaraq video konfranslara gedir.

Bu həm iş üçün, həm də sosial əlaqələri itirməmək üçün faydalı bir metod ola bilər.

masa başında gerinen kadın

5. Daimi fasilələr edin 

Evdən işləyərkən müəyyən bir rutinin olması vacibdir, ancaq bu, monoton olmamalıdır. Gün ərzində kompüter ekranına yapışmamaq, nizamlı fasilələr etməmək, ayağa qalxmaq və masanın ətrafında gəzmək vacibdir. Tədqiqatlar göstərir ki, gün ərzində tez-tez və qısa fasilələr almaq kiçik və uzun fasilələrdən daha faydalıdır.

Ev işçiləri tez-tez Pomodoro Texnikası adlanan üsulu tövsiyyə edirlər. Buna əsasən, iş gününü 25 dəqiqə işləmə və 5 dəqiqə fasilə olaraq təşkil etmək lazımdır.

Bu vaxt ekrandan uzaqlaşmaq və bir az hərəkət etmək faydalı olardı. Beləliklə, iş motivasiyasının və yaradıcılığın da artdığı bildirilir.

 

Sevinc TELMANQIZI




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir