koronavirus

Koronavirusa kimlər yoluxmur?

Baxış sayı: 761

Bəzi insanlar xəstə olanlarla yaxın təmasda olsa belə, koronavirusa yoluxmurlar. Rusiya saytlarının verdiyi məlumata görə, COVID-19-a yoluxmayan, koronavirusa qarşı immunitetli insanlar tapılıb. Alimlər bu fenomeni tam izah edə bilmirlər. Araşdırma zamanı hətta “qırmızı zona”da işləyən bəzi həkimlərin yüzlərlə xəstə ilə təmasda olmasına baxmayaraq, koronavirusa yoluxmadığı müəyyən olunub. Bəzi həkimlərdə koronavirusa qarşı antitel də tapılmayıb. Bu isə o deməkdir ki, onlar hətta yüngül formada da olsa, koronavirus keçirməyiblər. Tədqiqatçıların fikrincə, belə insanların araşdırılması koronavirusla mübarizədə universal bir vasitə tapılmasına səbəb ola bilər. İmmunoloqlar qeyd edib ki, koronavirusa qarşı ən çox immuniteti olanlar 70 yaşdan yuxarı insanlar və uşaqlardır. Alimlər hesab edir ki, yaşlı insanlar nəvələri ilə ünsiyyət nəticəsində bu virusa qarşı immunitet qazanır. Bu, tədricən kollektiv immunitetin formalaşmasına kömək edir. Bundan əlavə, yaşlı insanlar özlərini təcrid etməkdə daha dəqiqdirlər.

Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 20 milyonu ötüb. Payızda xəstəliyin ikinci dalğasının başlayacağı proqnozlaşdırılır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir