koronavirus

Koronavirusa yoluxma riskini azaltmaq üçün sadə üsullar

Baxış sayı: 723

Koronavirus xəstəliyinə tutulma riskini azaltmaq üçün sağlam həyat tərzi sürməli və mütəmadi olaraq vitamin qəbul etməlisiniz.

“Gencaile.az” saytı “Publika.az”-a istinadən xəbər verir ki, bu sadə tövsiyə həkim-immunoloq Vitali Zverev tərəfindən verilib.

“Koronavirusa yoluxma ehtimalını azaltmaq üçün sağlamlığınıza diqqət yetirməlisiniz. Sağlam həyat tərzi və düzgün qidalanma kömək edəcək”, – Zverev qeyd edib.

İmmunoloq qışda günün qısa olması səbəbindən vitamin çatışmazlığının meydana gəldiyini bildirib. O, xüsusilə də D vitamininin qidaya daxil edilməsində israrlı olub. Zverev koronavirusa yoluxma ehtimalını azaltdığı üçün interferon və sink əsaslı dərmanlar qəbul etməyi tövsiyə edib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir