Koronavirus

Koronavirusdan sağalanlar neçə müddətə qoruyuculuq qazanır?

Baxış sayı: 709

Hazırda dünyada pandemiya ilə bağlı əsas müzakirə mövzularından biri də xəstəliyi keçirmiş, sağalmış insanların yenidən yoluxmasının mümkün olub-olmaması ilə bağlıdır. Mütəxəssislər indiyə kimi bununla bağlı konkret rəy açıqlamırlar.

“Gencaile.az” saytı xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı da bu mövzu ilə əlaqədar dərqiq cavab olmadığını bildirib. ÜST-ün COVID-19-a qarşı mübarizə üzrə qrup rəhbəri Maria Van Kerkhove Anadolu Agentyliyi əməkdaşının bununla bağlı sualına cavab olaraq müalicəsi başa çatan və sağalan xəstələrin yenidən bu virusa yoluxub-yoluxmayacağı haqda konkret cavab olmadığını deyib.

O, keçmişdə SARS növlü koronavirusa yoluxanlarda xəstəliyə qarşı antitel yarandığını və bu xəstələrin təxminən 12 ay və daha üzun zaman bu virusa qarşı immunitet qazandıqlarını xatırladıb. Qeyd edib ki, adi normal qripdə isə toxunulmazlıq müddəti daha qısa olur: “Dolayısı ilə COVID-19-un bir şəxsə ikinci dəfə yoluxub-yoluxmayacağı haqqında dəqiq bir cavabımız yoxdur. Amma bu, çox aktiv müzakirə olunan məsələdir və bütün dünyada bununla bağlı ortaq araşdırma davam edir”.

<ins’>

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir