koronavirus

Koronavirusun 9 yeni simptomu

Baxış sayı: 642

İngiltərə Milli Səhiyyə Sistemi (NHS) xəbərdarlıq edib ki, qrip və soyuqdəyməyə çox oxşar simptomlar koronavirusun xəbərçisi ola bilər.

Belə ki, NHS xəbərdarlıq siyahısına koronavirusun 9 yeni simptomunu əlavə edib.

Epidemiya başlayandan bəri yüksək hərarət, öskürək və dad/iybilmənin itməsi koronavirusun ən bariz əlamətləri arasında göstərilib, iştahsızlıq, yorğunluq, baş ağrıları da yaxınlarda simptomlar siyahısına əlavə edilib.

Ümumdünya Səhiyyə Təşkilatı isə bu simptomları COVID-19-un əsas əlamətləri kimi qeydə alıb: ayaq və barmaqların qızarması və ya rənginin dəyişməsi, gözlərin qızarması və qaşınması, sinə ağrısı, danışmaqda və hərəkət etməkdə çətinlik.

Avropa Xəstəliklərin Qarşısının Alınması və Nəzarəti Mərkəzi 12 simptomu, Almaniya isə 14 simptomu qəbul edir.

İngiltərə Milli Səhiyyə Sisteminin yenilənmiş siyahısına görə, yetkinlərdə 9 yeni koronavirus simptomu bunlardır:

– Təngənəfəslik

– Yorğunluq və əzginlik hissi

– Bədən ağrıları

– Baş ağrısı

– Boğaz ağrısı

– Burun tutulması və burun axması

– İştahsızlıq

– İshal

– Tükənmişlik hissi

İlk andan tanınan simptomlar:

– Dad və iybilmənin itməsi/dəyişməsi

– Yüksək hərarət və titrəmə

– Davamlı öskürək




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir