usaq

Körpələrinizi necə qidalandırmalısınız?

Baxış sayı: 123

Qida – uşaq orqanizmi üçün enerji mənbəyi olmaqla yanaşı, onun tez və normal böyüməsi üçün zəruridir. Uşaqlarda bir sıra xəstəliklərin gedişi və nəticəsi çox vaxt qidalanma xüsusiyyətləri ilə müəyyən olunur.

Uşaq bir yaşınadək çox sürətlə böyüyür: 4 ayınadək onunçəkisi 2 dəfə, 1 yaşında isə 3 dəfə artır. Bir yaşınadək uşaqların qidaya tələbatı böyük olsa da, onu həzm etmək imkanları çox məhduddur. Buna görə də uşaq üçün ən yaxşı qida ana südüdür. Ana südü yaxşı həzm olunmaqla yanaşı, onun tərkibində uşağın orqanizminə lazım olan və körpəni bir yaşınadək yoluxucu xəstəliklərdən qoruya bilən bütün komponentlər var. Ana südünün nə təbii, nə də süni analoqu yoxdur. Anaya spirtli içkilər içmək, siqaret çəkmək qəti qadağandır və südə özünəməxsus iy, yaxud dad verən qidalar (soğan, sarımsaq, istiot və s.) yemək olmaz. Süd verən ananın yeməyi üçün heç bir xüsusi pəhriz yoxdur. Ananın yeməyinin tərkibində kifayət qədər zülallar, yağlar, karbohidratlar, vitaminlər və mineral maddələr olmalıdır. Ana gün ərzində 2 litrədək maye içməlidir. Körpənin yemək rejiminə cid­di fikir vermək, həmişə eyni vaxtlarda yedirtmək lazımdır. Əks halda bu uşağın həzm etməsinə və yuxusuna pis təsir göstərər.

Yeni doğulmuş uşağı üç ayınadək gündə 7 dəfə, hər 3 saat-dan bir (saat 6°°, 9°°, 12°°, 15°°, 18°°, 21°° , 24°°) əmizdirmək la­zımdır. 3 ayından 5 ayadək gündə 6 dəfə, hər 3,5 saatdan bir (6°°, 930, 13°°, 1630, 20°°, 2330), 5 ayından 1 yaşınadək isə gündə 5 dəfə, hər 4 saatdan bir ( 6°° , 10°° , 14°° , 18°° , 22°° ) yedirdilir.

Normal qidalanan sağlam uşaq yemək vaxtı və yeməkdən son­ra sakit və gümrah olur, tez-tez altını isladır (gündə 15-16 dəfə) və gün ərzində 2-3 dəfə qarnı işləyir.

 

 

Körpələrin südə olan gündəlik tələbatı da, müxtəlifdir. Yeni doğulmuş uşaq 3 günlük olanadək gündə 40 qr-dan 200 qr-a qədər süd tələb edir. Həftənin sonunda – 400 qr, İki həftəlik olanda – 500 qr, 1 aylıq olanda – 600 qr, 1,5 aylıq olanda – 700 qr-dək, iki aylıq uşaq isə 800 qr-dək süd əmir. Sonraki aylar­da körpənin südə tələbatı hər ay 50 qr artır. Ana südündən əlavə ona qış aylarında gündə 50 – 100 qr, isti havalarda isə 100-200 qr qaynanmış su vermək lazımdır.

1-1,5 aylıq uşağın əlavə vitaminlərə və mineral duzlara eh-tiyacı olur. Buna görə də ona 3-5 damcıdan başlayıb tədricən 2 xörək qaşığınadək artırmaqla meyvə və tərəvəz şirələri vermək lazımdır. Limon şirəsini (2 damcıdan 1 çay qaşığınadək artır-maq) şəkər şirəsi ilə qarışdırıb vermək olar. 1,5 aylıqdan kök şirəsi vermək (3-4 damcıdan 2 xörək qaşığınadək) məsləhət görülür. Portağal, çiyələk, ananas, pomidor şirələrini ehtiyatla vermək lazımdır ki, uşaqda diatez (dəridə səpgilər) yaranma­sın. 5 aylıq uşaq gündə 40-50 qr şirə içir. İki ayından başlaya-raq uşağa sürtgəcdən keçirilmiş alma vermək olar (0,5 çay qa-sığından 2 xörək qaşığına qədər artırmaqla). 6 aylıq uşağa gündə iki dəfə, yaxşı olar ki, yeməkdən sonra, hər dəfə 30 qr sürtgəcdən keçirilmiş müxtəlif meyvə püreləri vermək olar. Uşaq xəstələndikdə və ya qusduqda şirələrin verilməsini məh-dudlaşdırmaq və ya kəsmək lazımdır.

3,5-4 aylıq uşağa soyutma yumurtanın 1/4-ni, 6 aylığa isə yarısını vermək olar. Yumurta sarısında fosfor, kalsium, dəmir, A, D, B1, PP vitaminləri, həmçinin zülal ve yağlar vardır.

Uşağın 4 ayı tamam olduqdan sonra, onun inkişafda olan orqanizminin tələbatı artmağa başlayır və ana südündə olan mineral maddələr onun ehtiyacını ödəmir. Ona görə də sağlam uşaqlara 4 ayından başlayaraq əlavə yeməklər vermək lazım­dır. Əlavə yeməyi uşağa verməzdən əvvəl uşağı yedirdir və 2 çay qaşığından başlayıb bir dəfəlik yemək həcminə çatdırana-dək hər gün artırırlar. Əlavə yeməyi tərəvəz püreləri ilə başla-yırlar. 4 ayından sonra uşağa 5 dəfə ana südü, 1 dəfə isə tə-rəvəz püresi yedirdilir. Bundan əlavə ona yumurta sarısı, kisel və şirələr verilir. Yeməkdə zülalın miqdarını artırmaq üçün 4 aylıq uşağa 10 qr təzə hazırlanmış kəsmik də vermək olar. Kəs-

 

miyi süd və ya qatığa qarışdırırlar. 6 aylıq uşaq üçün kəsmi-yin miqdarını 50 qr-a, 1 yaşınadək isə 100 qr-a qədər artırırlar. Yumurta sarısını (3-4 aylıqda 1/4-ni, 6 aylıqda hər gün yarısı­nı) sıyıq və ya tərəvəz (kartof, gül kələm, kök və s.) püresinə qatırlar. 5 aylıq uşağa 5%-li manna sıyığı) (100 qr mayeyə 1 çay qaşığı manna yarması), 6 aylıq uşağa isə 10%-li manna sıyığı vermək olar. Bütün yeni başladığımız yeməklər kimi sıyı­ğı da 2-3 çay qaşığından başlayıb 150-200 qr-a qədər çatdır-

maq lazımdır.

7 aylıq uşağa yağsız ət bulyonu (2 xörək qaşığından 50 ml-

ə qədər) və bişmiş əti iki dəfə maşından keçirib vermək (1 çay qaşığından bir xörək qaşığınadək) olar.

8   aylıq uşağa gündə 3 dəfə ana südü, o biri yeməklərində
isə manna (və ya başqa yarmalar) sıyığı, tərəvəz püresi (150
qr), tərəvəz və ya ət bulyonu (70 qr) ilə ağ çörək, kəsmik və ya
maşından keçirilmiş soyutma ət (25-30 qr) vermək lazımdır.

9   aylıq uşağa gündə 2 dəfə süd verilir. Uşaq 10 aylıq olan-­
da ona əti və ya balığı püre, yaxud xırda küftələr şəklində ha-
zırlamaq olar. 11-12 aylıq uşağa gündə bir dəfə ana südü, yu-
xarıda göstərilənlərdən əlavə olaraq 1 dəfə də ət kotleti və bul-
yonda hazırlanmış şorba verilir.

1 yaşına çatanda uşaq artıq müxtəlif dadlı və qidalı yemək-lər yeyir və onu döşdən ayırmaq həm ana, həm də uşaq üçün asan olur. Sağlam, normal inkişaf edən uşağı 11-12 aylıqda döşdən ayırırlar. Uşağı xəstə vaxtı, isti havalarda və pey-vəndlər vurularkən süddən ayırmaq olmaz.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir