Körpələrə günəş kremi çəkməyin – Valideynlərə xəbərdarlıq!

Baxış sayı: 1. 795

İnsanlar günəşdən qorunmaq üçün müxtəlif kremlərdən istifadə edirlər. Körpələrimizə də günəşin şüalarından qorumaq üçün kremlər çəkirik. Ancaq bunun körpəyə ziyanı olub-olmadığını bilmirik.

“Gencaile.az”-ın Aile.lent.az-a istinadən məlumatına görə, mütəxəssislər allergik təsirləri ola biləcəyi üçün 6 aydan kiçik uşaqlara günəş kremlərini çəkməyi məsləhət görmür. Çünki günəş kremlərinin uşaqlara necə təsir göstərdiyi hələ araşdırılmayıb.

Dəri sadəcə daxili orqanlarımızı qorumur, eyni zamanda D vitamini sintez edir.

Günəş şüalarından qorunmaq üçün 1 yaşından sonra kremlərdən istifadə edə bilərsiniz. Uşaqlar üçün kremlər ən az 30 faktorlu olmalıdır. Bu kremlər ehtiyac olduqda gündə ən az 3-4 dəfə və dənizdən hər çıxdıqda çəkilməlidir. Eyni zamanda papaqlardan, çətirlərdən istifadə önəmlidir. Bundan əlavə uşaqlar saat 10:00 ilə 15:00 arası günəş şüalarından uzaq durmalıdırlar.

 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir